Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə, Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağa şadam. …
Read More »Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib
29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. XİN-dən verilən xəbərə görə, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir: Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək: Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24 Telefon: +380 44 484 69 40 Faks: +380 44 484 69 32 …
Read More »İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib
İsrailin Azərbaycandakı səfirliyində Holokost qurbanlarının xatirəsi yad edilib. Tədbirdə İsrailin maliyyə naziri Avidqor Liberman iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsindəki paylaşımda deyilir. “Holokost zamanı qətlə yetirilmiş 6 milyon yəhudini yad edirik. Səfirlik Yom Haşoa günü (Holokost qurbanlarının anım günü) münasibətilə Azərbaycanda tədbir keçirib. Tədbirdə maliyyə naziri Avidqor Liberman da iştirak edib”, – paylaşımda deyilir.
Read More »Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr aparıb
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib. Boyukmillet.com xəbər verir ki, məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi …
Read More »Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiyanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş aprelin 28-də Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr …
Read More »Ərdoğan və Putin telefonla danışıblar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki,bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb. O bildirib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. Ölkə liderləri həmçinin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların …
Read More »Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü keçirilib
Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer …
Read More »Ceyhun Bayramov Bolqarıstana səfərə dəvət olunub
28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin …
Read More »Azərbaycan-Macarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə AR XİN-in rəhbər heyəti, Macarıstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində Azərbaycan Respublikası və …
Read More »Macarıstan səfiri: “Azərbaycanla münasibətlərin inkişafındakı nailiyyətlərdən qürur duyulmalıdır”
Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin inkişafında əldə olunan nailiyyətlərdən qürur duyulmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgidə deyib. Səfir Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında …
Read More »