Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”

“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, – H.Hacıyev qeyd edib.

Read More »

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) xəbər verilib. Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər. Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-ün ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə …

Read More »

Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib. O ölkəmizin BMT və onun …

Read More »

Prezident İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub

Azərbaycan Prezidenti İlham Əliyevə İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub. Boyukmillet.com xəbər verir ki, hədiyyəni Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən təqdim edib. Binəli Yıldırım dövlət başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident …

Read More »

Azərbaycanın NATO yanındakı nümayəndəsi geri çağırılıb

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmməd oğlu Məmmədov vəzifəsindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Read More »

“Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda panel iclas başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da işini panel iclasları ilə davam etdirib. Boyukmillet.com xəbər verir ki, Forum çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda növbəti panel iclası keçirilir. İclasda BMT-nin 75 illik fəaliyyətində məhdudlaşmalardan sonra bu vəzifənin öhdəsindən gəlməyin …

Read More »

Hikmət Hacıyev: “ATƏT-in Minsk qrupu Ermənistanı təcavüzkar adlandırmırdı”

“Biz beynəlxalq təsisatlara çox inanırdıq. Düşünürdük ki, bu təsisatlar Azərbaycana sülh gətirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib. Onun sözlərinə görə, bu məsələlərdə Azərbaycan cəmiyyətinin də gözləntiləri özünü doğrultmadı: “ATƏT-in Minsk qrupu …

Read More »

Prezidentin köməkçisi: “Beynəlxalq hüquq və prinsiplərə ciddi şəkildə riayət edilməlidir”

“BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edən ölkələr Baş Assambleyada bu hüquqdan niyə istifadə etdiyini əsaslandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib. Qoşulmama Hərəkatının çox vacib bir platforma olduğunu vurğulayan Prezidentin köməkçisi …

Read More »

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »