Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir. Boyukmillet.com xəbər verir ki, o, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək. Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, …
Read More »BMT Baş Assambleyasının sədri təşkilatın Azərbaycandakı nümayəndəsinə təşəkkür edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid beynəlxalq təşkilatın Azərbaycandakı daimi koordinatoru xanım Vladanka Andreevaya təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Abdulla Şahid tviter hesabında yazıb. “BMT-nin ölkə üzrə komandasına başda rezident-əlaqələndirici Vladanka Andreeva olmaqla Azərbaycana səfərimin əla koordinasiyasına görə təşəkkürlər”, – Baş Assambleyanın 76-cı sessiyasının sədri tviter hesabında yazıb. O, qeyd edib ki, Vladanka Andreeva ilə görüşdə …
Read More »TŞ katibi: “Azərbaycan və Türkiyə Təhlükəsizlik şuralarının əməkdaşlığı məhsuldar davam edir”
Azərbaycan və Türkiyə Təhlükəsizlik şuraları arasında əməkdaşlıq ölkə başçılarının rəhbərliyi altında düzgün və məhsuldar məcrada davam edir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib. “Şuşa Bəyannaməsi isə qurumlarımız qarşısında yeni vəzifələr müəyyənləşdirib. Biz hər iki Prezidentin bilavasitə əlaqələndirməsi ilə qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin …
Read More »Ceyhun Bayramov Paraqvay Parlamentinin təmsilçiləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 13-də Paraqvay Parlamentinin nümayəndə heyəti – Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşüb. C.Bayramov iki ölkə arasında mövcud olan əlaqələrin məmnunluq doğurduğunu və Azərbaycanın Paraqvayla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Nazir …
Read More »Sahibə Qafarova: “Zəngəzur dəhlizi bölgənin simasını tamamilə dəyişəcək”
“Zəngəzur dəhlizi bölgənin simasını tamamilə dəyişəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyunun 13-də Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının spikeri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən deyib. Bildirilib ki, əvvəlcə Slovakiyalı spikerlə təkbətək görüş olub. Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb. Sonra görüş geniş tərkibdə davam …
Read More »Milli Məclisin sədri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 13-də Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb. Sədr bu səfərin BMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib. Bu ilin fevral ayında BMT-nin Azərbaycandakı daimi koordinatoru xanım Vladanka Andreeva ilə Milli Məclisdə görüşünü xatırlayan spiker həmin görüş barədə təəssüratlarını bölüşüb. “Biz bu il …
Read More »BMT Baş Assambleyasının sədri Bakıda Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin iştirakçıları ilə görüşüb
Bakıda səfərdə olan BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsinin iştirakçıları ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, ADA Universitetində keçirilmiş görüşdə ali təhsil müəssisəsinin rektoru Hafiz Paşayev və xarici işlər nazirinin müavini Elnur Məmmədov da iştirak edib. Tədbiri açıq elan edən nazir müavini cəmiyyətin inkişafında gənclərin oynadığı rolun vacibliyini vurğulayıb. “Dünyanın bir çox …
Read More »Xarici diplomatlar Şuşaya səfər edib
Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı – 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş …
Read More »Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşüb
Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, onlar arasında geniş tərkibli görüş də keçirilib.
Read More »BMT Baş Assambleyasının prezidenti Azərbaycanda səfərdədir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti bu gün Şəhidlər xiyabanını ziyarət edib. Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
