Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

ABŞ səfiri: “Azərbaycana, bütün regiona firavanlıq və sabitlik arzulayırıq”

“Biz Azərbaycanın terrorizmə qarşı mübarizəyə töhfə verməsini, həmçinin Ukraynaya yardım göstərməsini yüksək qiymətləndiririk”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib. Səfir deyib ki, onun ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyəti başa çatmaq üzrədir: “Burada olmaq mənə xoş idi”. Ö.Litzenberger xatırladıb ki, bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edib. “Biz Azərbaycana, bütün regiona firəvanlıq …

Read More »

ABŞ dövlət katibinin köməkçisi: “Ermənistan-Azərbaycanın münasibətlərinin normallaşmasında irəliləyiş imkanı var”

Ermənistan və Azərbaycanın indi münasibətlərin normallaşması prosesində irəliləyiş imkanı var. Boyukmillet.com xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib. “Hesab edirəm ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş imkanının olduğuna dair həqiqi ümid var”, – ABŞ Dövlət Departamentinin rəsmisi xarici jurnalistlər üçün keçirdiyi …

Read More »

XİN Ermənistan Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfərinə münasibət bildirib

8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və …

Read More »

Binəli Yıldırım “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycanla Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib. …

Read More »

Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

“Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib. “Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, – XİN başçısı qeyd …

Read More »

Çex Respublikası Azərbaycana yeni səfir təyin edib

Milan Sedlaçek (Milan Sedláček) Çex Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub. Boyukmillet.com xəbər verir ki, M.Sedlaçek, bu vəzifədə 2018-ci ildən Çex Respublikasının Azərbaycandakı səfiri olan Milan Ekerti əvəz edəcək. Xatırladaq ki, Milan Sedlaçek Praqada Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov ilə görüşüb. Tərəflər gündəlikdə olan ikitərəfli məsələləri, həmçinin ölkələr arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Read More »

Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivləri müzakirə olunub

ABŞ-da Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivlərinə həsr edilən dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, müzakirlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və mərkəzin üzvləri iştirak ediblər. Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …

Read More »

ADA-da Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbir keçirilir

ADA Universitetində Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş telekörpü işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirin fəxri spikerləri və qonaqları sırasında Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, Milli Məclisin Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə …

Read More »

XİN başçısı: “Müharibədən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb”

“İkinci Qarabağ müharibəsindən və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində söyləyib. “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından yana olduğunu ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların üç görüşünü çox müsbət hal hesab …

Read More »

Ceyhun Bayramov: “Zəngəzur dəhlizinin həyata keçirilməsi Ermənistan üçün də önəmlidir”

“Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov söyləyib. “Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin həyata keçirilməsinin digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir”, – nazir vurğulayıb.

Read More »