Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Boyukmillet.com xəbər verir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının …
Read More »İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla …
Read More »XİN başçısı: “Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”
“Bolqarıstan Avropada Azərbaycan qazının üç alıcısından biridir. Əminik ki, Yunanıstanla əlaqə yaxın vaxtlarda tamamlanacaq və Bolqarıstan onun vasitəsilə Azərbaycan qazını almağa başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bolqarıstanlı həmkarı Teodora Gençovska ilə görüşdən sonra deyib. “Bu, dəyişən dövrdə Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”, – XİN başçısı qeyd edib.
Read More »Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, eyni zamanda, Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək”, – nazir bildirib.
Read More »Türkiyə Almaniya və Fransaya nota verib
Türkiyə Almaniya və Fransaya nota verib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, – XİN başçısı vurğulayıb. Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa …
Read More »İlham Əliyev iranlı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:“Hörmətli cənab Prezident, Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan …
Read More »Peru paytaxtının məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb
Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki,bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib. Həmçinin körpünün üzərində “Azərbaycan – Müstəqillik Günü” yazısı əks olunub. Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi …
Read More »Ərdoğan: “Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik”
“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox-çox sevindirdi”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “Bir millət, iki dövlət” şüarı ilə Bakıda “Bir festival”ın yeni ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm …
Read More »Azərbaycan XİN: “Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”
“Bu gün Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tviterdəki paylaşımında yer alıb.
Read More »XİN Tacikistanla əlaqələrin 30 illiyi münasibətilə paylaşım edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) özünün tviter hesabında Tacikistanla əlaqələrin 30 illiyi münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Tacikistan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Tacikistan əməkdaşlığın daha da inkişafını gözləyirik”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
