Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ərdoğan: “İlham Əliyevlə ikitərəfli münasibətləri və Qarabağ qələbəsindən sonra vəziyyəti nəzərdən keçirdik”

“Səfərim zamanı biz cənab Əliyevlə əla ikitərəfli münasibətlərimizi və Qarabağ qələbəsindən sonra regionumuzdakı vəziyyəti nəzərdən keçirdik. Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə …

Read More »

Ərdoğan Azərbaycana təşəkkür edib

“Qardaşım İlham Əliyevin simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, – Türkiyə lideri əlavə edib.

Read More »

Ukraynada Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edildi

Oxtirkada 28 may Respublika günü ilə əlaqədar olaraq tədbir keçirdilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə vilayət rəhbəri Pavlo Kuzmenko, şəfaətçi Oksana Hetman, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Oxtirka yerli muzeyinin direktoru Lyudmila Mişşenko iştirak ediblər. Ukrayna və Azərbaycan dostluğu həmişə dəstəklənib. İki dövlətin tarixində Ukrayna və Azərbaycan xalqlarının getdikcə daha çox bir araya gəlməsinin faciəli tərəfləri də …

Read More »

Ərdoğan: “Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur”

“Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində …

Read More »

Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə mayın 27-də Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib. Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni …

Read More »

Rusiyalı politoloqlar Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər

Rusiyalı politoloqlar Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik ediblər. Boyukmillet.com xəbər verir ki, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycanın inkişafını və dünya proseslərində rolunu vurğulayıb: “Azərbaycanın uğurlarını izləyir, onun böyük və güclü addımlarına səmimi qəlbdən sevinirik. Azərbaycan təkcə üzdə olan deyil, həm də ən vacib dünya proseslərinin gedişatını müəyyən edən ölkələrdən biridir”. Onun sözlərinə görə, Rusiya Azərbaycanı …

Read More »

Cahit Bağcı Azərbaycan xalqını təbrik edib

Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Qardaşlarımızın müstəqilliyinin 104-cü ildönümünü cani-könüldən təbrik edirik”, – o bildirib. Kardeşlerimizin Bağımsızlıklarının 104.yıldönümünü, Cumhuriyet gününü can-ı gönülden kutluyoruz. #Tekmilletikidevlet pic.twitter.com/ZSqyiZhZkL— Cahit Bağcı (@cahitbagci) May 28, 2022

Read More »

Türkiyə Prezidenti Bakıya yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” çərçivəsində Azərbaycan Hava Qüvvələri ilə Türk ulduzları və “Solotürk” qruplarının nümunəvi çıxışlarını izləyəcək.

Read More »

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xarkov-Poltava-Sumı avtomobil yolunda böyük lövhələr quraşdırılıb

Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşəbbüsü ilə qəhrəman şəhər Sumı vilayətinin Axtırka şəhərində bu gün Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, 28 may respublika günü münasibəti ilə Xarkov-Poltava-Sumı magistralında və Axtırka şəhərinin ətrafında Azərbaycan Respublikasının elan edilməsi günü münasibətilə böyük lövhələr quraşdırılıb. Ayna Fərhad

Read More »

Rusiya XİN: “Müstəqillik illərində Azərbaycan ciddi uğurlar əldə edib”

“Müasir Azərbaycan siyasi və iqtisadi sahələrdə, regional və beynəlxalq aləmdə möhlənmə baxımından ciddi uğurlar əldə etmiş dinamik inkişaf edən dövlətdir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. Rusiya XİN rəhbərinin müavini Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib: “Müttəfiq Azərbaycanı və onun xalqını bu bayram münasibətilə təbrik edirəm. Müstəqillik dövründə Azərbaycan böyük və …

Read More »