“Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir təşkil olunur və gələcəkdə hər il keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib. O bildirib ki, forum iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək: “Bu məqsədlə gələn ildən hər il Azərbaycan və Türkiyədə belə forum keçiriləcək”.
Read More »Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumunda çempion ölkə qismində yer alıb
“Qiymətləndirməyə əsasən Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumunda çempion ölkə qismində yer alıb”. Bunu “Report”un yerli bürosuna müsahibəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov deyib. V.Hüseynov Azərbaycanın belə mötəbər tədbirdə iştirakının böyük uğur olduğunu vurğulayıb: “BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında ilk dəfə yüksək səviyyədə keçirilən Beynəlxalq Miqrasiya İcmalı Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olundu. Üç hissədən …
Read More »Fərid Şəfiyev: “Sərhəd qüvvələri Paşinyana tam tabe olmur”
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhəddində törədilən təxribatlara münasibət bildirib. Qurum rəhbəri “Report”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir. “Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Köçəryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) …
Read More »Prezident Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl …
Read More »Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub
Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Boyukmillet.com xəbər verir ki,“Beynəlxalq yol nəqliyyatı Sazişi”ni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Litva Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Yulius Skaçkauskas imzalayıblar. “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”ni Palatanın prezidenti Niyaz Əlizadə və Assosiasiyanın baş direktoru xanım Gedre …
Read More »Əfqan Salmanov və İqor Terexov Xarkov şəhərinin bərpasında əməkdaşlıq məsələlərini müzakirə ediblər
Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkov şəhərinin meri İqor Terexov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, onlar bərpa işlərinin aparılması, investisiyaların cəlb edilməsi və dağılmış infrastrukturun yenidən qurulmasında Azərbaycan şirkətlərinin iştirakı perspektivlərindən danışıblar. Müharibədən əvvəl Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsi də müzakirə olunub. İqor Terexovun qeyd etdiyi kimi, raket və artilleriya atəşi nəticəsində şəhərdə bir …
Read More »Ceyhun Bayramov ISESCO-nun Baş direktoru ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. XİN-dən verilən məlumata görə, C.Bayramov Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir ISESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar …
Read More »Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Litva Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında …
Read More »Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış ediblər. Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.
Read More »Azərbaycan Prezidenti: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik”
“Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
