Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında qanun qüvvəyə minib

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq olunması ilə bağlı qanun Türkiyənin “Rəsmi Qəzet”ində dərc edilib. Boyukmillet.com xəbər verir ki, Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı qanun rəsmən qüvvəyə minib. “2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edilib. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu …

Read More »

Azərbaycan Prezidenti Şuşa Bəyannaməsini təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib. Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi …

Read More »

BMT-nin Baş katibi qadın və qızların elmlə məşğul olması üçün şərait yaradımasına çağırıb

“COVID-19 pandemiyası məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyini daha da artırdı. Bu bərabərsizlik bizi gizli qalmış istedad və yeniliklərdən məhrum edir. Elm və texnologiyanın hər bir kəs üçün xidmət etdiyinə əmin olmaq üçün qadın baxışına ehtiyacımız var”. BMT-nin Azərbaycan nümayəndəliyindən “Report”a verilən məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Beynəlxalq qadın və qızların elmdə …

Read More »

Azərbaycan QHT-ləri BMT Baş katibinə etiraz bəyanatı ilə müraciət edib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirilib. Boyukmillet.com-un məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-nin 50-dən çox nümayəndəsi iştirak edib. Toplantıda qeyd olunub ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk …

Read More »

Azərbaycan UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb

“Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə …

Read More »

Səfirlik: “Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı bəyanat yayıb. “Report”un Rusiya bürosuna daxil olan məlumatda bildirilir ki, səfər zamanı Arutyunyan Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib. “Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs …

Read More »

Ceyhun Bayramov: “Ermənistan 30 il ərzində mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozub”

“Ermənistan 30 il ərzində bütün hüquqi prinsipləri, mədəni abidələrin qorunmasına dair öhdəlikləri pozub və UNESCO-nun Qarabağ torpaqlarına girməsinə icazə verməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. “Bu məqamlar sənədlərdə əksini tapıb. 44 günlük Vətən müharibəsindən sonra isə Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı olaraq bu məsələdə UNESCO ilə əməkdaşlığa razılıq verdi. Böyük hazırlıq …

Read More »

Azərbaycanın İrandakı səfiri Tehranda Şuşa adının təhrif edilməsinə münasibət bildirib

“Şuşa” adının İranda “Şuşi” kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib. “Şübhəsiz ki, bu cür məsələlərin ərsəyə gəlməsi hər iki ölkənin xalqlarının mənfi təzahürünə səbəb olub. Gərək bunlara diqqət edib …

Read More »

Rusiya XİN Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayıb

“Bu il fevralın 7-də Azərbaycanın 8 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayırıq. Ermənistan-Azərbaycan münasibətlərindəki problemli məsələnin tezliklə aradan qaldırılması və məhbusların “hamı üçün” formuluna uyğun olaraq mübadiləsinin başa çatdırılması vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Zaxarova xatırladıb ki, 2020-ci il dekabrın 2-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 146 nəfər …

Read More »

Moskvada Nizami Gəncəviyə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Bu gün Moskvada “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib. Azərbaycanın Rusiyadakı Səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, konfrans Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə təşkil edilib. Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, tarixdə elə görkəmli şəxsiyyətlər var ki, …

Read More »