Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov Qu Donqyunu salamlayaraq ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əmədaşlığa hər zaman önəm verdiyini vurğulayıb. Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini bildirən nazir, bu müddət ərzində Azərbaycan və …
Read More »Sahibə Qafarova Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bizim xalqlarımız tarixən dini və mədəni …
Read More »Gürcüstanın vitse-spikeri: “Azərbaycanla münasibətlər daha yüksək səviyyəyə çatdırılmalıdır”
“Gürcüstan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və hər iki tərəfdən daha yüksək səviyyəyə çatdırılması çox vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Levan İoseliani Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdən sonra deyib. Onun sözlərinə görə, görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri olub: “Biz strateji münasibətlərimizin əsasına çevrilən və hələ Eduard Şevardnadzenin prezidentliyi dövründə reallaşdırılmasına başlanılan layihələri xatırladıq. Gürcüstandakı azərbaycanlı …
Read More »XİN-də Azərbaycan-İtaliya əlaqələrinin 30 illiyi ilə bağlı tədbir keçirilir
Xarici İşlər Nazirliyində Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. Qeyd edək ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. İki ölkə arasında əlaqələr Azərbaycan Xalq Cümhuriyyəti dövründə də olub. Belə ki, Bakıda İtaliyanın Enriko Ensomun rəhbərlik etdiyi nümayəndəliyi olub. Azərbaycanın …
Read More »Azərbaycan XİN başçısının müavini Braziliya xarici əlaqələr naziri ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Braziliya xarici əlaqələr naziri Karlos Fransa ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasında siyasi dialoqun səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında siyasi məsləhətləşmələrin sayca üçüncü raundunun keçirilməsinin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi …
Read More »Ermənistan TŞ-nın katibi: “İlham Əliyev və Nikol Paşinyan arasında görüşün mümkünlüyü müzakirə olunur”
“Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsi müzakirə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Brüsseldə keçirdiyi görüşlə bağlı sualı cavablandırarkən deyib. “Ermənistanın həll etməli olduğu bəzi məsələlər var. Biz suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər başlayacaq. Həmçinin Ermənistan Baş …
Read More »Aİ səfiri: “Saziş Azərbaycanla münasibətləri yeni səviyyəyə çatdıracaq”
“Yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün əlavə imkanlar açacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko keçirdiyi mətbuat konfransında tərəflər arasında yeni sazişi şərh edərkən deyib. “Onun imzalanması ilə əlaqələrimiz yeni səviyyəyə çata bilər. Bu, əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – P.Mixalko bildirib.
Read More »Vilayət Quliyev yenidən səfir təyin edilib
Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb. V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı …
Read More »Azərbaycan XİN İsraili təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviterində paylaşım edilib. “İsrail Dövlətinin Milli Günü münasibətilə İsrail hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli Gününüz mübarək, İsrail!”, – tvitdə qeyd olunub. Qeyd edək ki, İsrailin Müstəqillik Günü İsrailin əsas dövlət bayramıdır və hər il 14 may 1948-ci …
Read More »Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında bildirib. “Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, – Toivo Klaar qeyd edib. Tərəflərin Ermənistanla …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
