Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü keçirilib

Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Diplomatlarla yanaşı, görüşdə USAID təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer …

Read More »

Ceyhun Bayramov Bolqarıstana səfərə dəvət olunub

28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin …

Read More »

Azərbaycan-Macarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Tədbirdə AR XİN-in rəhbər heyəti, Macarıstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində Azərbaycan Respublikası və …

Read More »

Macarıstan səfiri: “Azərbaycanla münasibətlərin inkişafındakı nailiyyətlərdən qürur duyulmalıdır”

Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin inkişafında əldə olunan nailiyyətlərdən qürur duyulmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgidə deyib. Səfir Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında …

Read More »

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ağdama səfər ediblər

Qazaxıstanın KİV və ictimaiyyət nümayəndələri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb. Nümayəndə heyəti Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o …

Read More »

Prezident İlham Əliyev ABŞ Dövlət katibi köməkçisinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı …

Read More »

Qırğızıstanın XİN başçısı Azərbaycan səfiri ilə görüşüb

Qırğızıstanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Jeenbek Kulubayev Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 19-20-də Azərbaycana rəsmi səfərinin yekunlarını müzakirə edib, iki ölkənin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün konkret addımları müəyyən …

Read More »

Azərbaycan Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarını təsdiqləyib

Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Read More »

Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Read More »

Əli Əsədov Latviyanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. Nazirlər Kabinetindən  verilən xəbərə görə, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Read More »