Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov: “Aİ ilə yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümid edirik”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərinin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın Latviya ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığın uğurla …

Read More »

Misir səfiri Bakıda Fəxri xiyabanı ziyarət edib

Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid Fəxri xiyabanı ziyarət edib. Boyukmillet.com xəbər verir ki, səfir ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına güllər qoyub, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib. Xatırladaq ki, aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyev Misirin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohammed Naqi Abdel Hamidin etimadnaməsini qəbul edib.

Read More »

Prezident Latviyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Prezident Hans Klugeni qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

İlham Əliyev Emmanuel Makronu təbrik edib

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq …

Read More »

İlham Əliyev Həştərxanın qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib. Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti …

Read More »

Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi ilə görüşüb

Aprelin 25-də Baş prokuror Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi Tereza Ribeyro ilə görüşüb. Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildiib. Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə müsbət nailiyyətlərin Azərbaycan xalqının …

Read More »

Sabah Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Aprelin 26-da Bakıda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarənin direktoru Denis Qonçar müsahibəsində bildirib. “Aprelin 26-da keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci yubiley iclasına hazırlıq davam edir”, – o deyib. Diplomatın sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığa dair kompleks məsələləri nəzərdən keçirir: …

Read More »

Rusiya XİN: “Azərbaycanın tutduğu balanslı mövqeyi qeyd edirik”

“Azərbaycanlı və erməni tərəfdaşlarımızın Ukrayna ətrafındakı vəziyyət üzrə Qərbin apardığı anti-Rusiya kampaniyası ilə bağlı balanslı mövqeyini qeyd edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələr üzrə 4-cü İdarənin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib. “Həm Bakının, həm də İrəvanının xarici siyasət kursunu qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutduqlarını da qiymətləndiririk. Bu istiqamətdə Azərbaycan …

Read More »

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun görüşləri keçiriləcək

Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər …

Read More »