Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Nazirlər Kabinetindən  verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Read More »

MM komitə sədri: “Həmsədr ölkələr də Minsk Qrupunun mandatının etibarsız olduğu etiraf etməyə başlayıb”

“Münaqişə həll olunduğu üçün ATƏT-in Minsk Qrupu artıq lazımsız bir quruma çevrilib”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin sədri, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvü Tahir Mirkişili bildirib. T. Mirkişili deyib ki, ATƏT-in Minsk Qrupunun 28 il ərzində fəaliyyəti səmərəsiz olub, bu, Azərbaycan ictimaiyyətinə də məlumdur: “Azərbaycan Prezidenti İlham …

Read More »

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Ukraynaya humanitar yardım göndərilib. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov Ukraynaya edilən yardımın onda böyük təəssürat yaratdığını vurğulayıb. Qeyd edib ki, bir çox insanlar, könüllülər yardım etmək üçün çox çalışırlar. “Bu mənzərə möhtəşəmdir və bu, bütün insanlar üçün böyük dərsdir. Biz lazımi anlarda …

Read More »

Rusiya xarici işlər nazirinin müavini Azərbaycanın səfiri ilə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Anatoli Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in məbuat xidməti məlumat yayıb. “Görüşdə bu il fevralın 22-si Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında bəyannamənin müddəalarının yerinə yetirilməsi kontekstində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub”, – XİN-in məlumatında deyilir. Görüşdə, həmçinin üçtərəfli bəyannamənin icrası ilə əlaqəli …

Read More »

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan və Fələstin arasında münasibətlərin 30 illiyi ilə bağlı tədbir keçirilir

Xarici İşlər Nazirliyində Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə məlumat yayıb.

Read More »

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Moldova humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Moldova ukraynalı qaçqınlar üçün göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib. “Bu gün bizim üçün əlamətdar gündür. Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir. Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində …

Read More »

ABŞ Azərbaycan və Ermənistana köməyə hazır olduğunu bildirib

ABŞ hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. Boyukmillet.com-un TASS-a istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.“Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Biz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üşün ikitərəfli …

Read More »

Prezident İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq …

Read More »