Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Prezident Azərbaycan və İsrailin hərbi-texniki sahədə uğurlu əməkdaşlıq etdiyini açıqlayıb

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edərkən danışıb. Dövlət başçısı hərbi-texniki sahədə də iki ölkə arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev …

Read More »

Prezident İlham Əliyev İsrailin turizm nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

Azərbaycan su təsərrüfatı sahəsində əməkdaşlıq haqqında İsrailin “Mekorot” dövlət şirkəti ilə, həmçinin gömrük vergi məlumatları sistemlərinin yenilənməsi sahəsində yeni müqavilələr imzalayacaq. Boyukmillet.com İsrailin Turizm Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, imzalanma mərasimi İsrailin turizm naziri və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Konstantin Razvozovun Bakıya başlamış səfəri çərçivəsində keçiriləcək. Səfər çərçivəsində onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri …

Read More »

Avropa Şurasının baş katibi Bakıda Azərbaycan üzrə yeni Fəaliyyət Planını təqdim edir

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edir. Boyukmillet.com xəbər verir ki, tədbirin açılış sessiyasında ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyət Planını təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edirlər. Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci …

Read More »

UNESCO-nun İcraiyyə Şurasının sessiyasında Azərbaycanın milli bəyanatı təqdim olunub

UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası çərçivəsində Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev üzv dövlətlərin geniş dəstəyi ilə UNESCO-nun bu mühüm orqanına – İcraiyyə Şurasına seçilən Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib. Boyukmillrt.com-un AZƏRTAC-a istinadən xəbərinə görə, E.Abdullayev bildirib ki, İcraiyyə Şurasının bu iclası Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda beynəlxalq ictimaiyyət üçün təlatümlü vaxtlarda keçirilir. Azərbaycan …

Read More »

Azərbaycan Prezidenti rusiyalı həmkarına məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:“Hörmətli Vladimir Vladimiroviç, Əlamətdar yubiley – Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm. Ötən 30 il ərzində xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı …

Read More »

Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:  “Hörmətli İlham Heydər oğlu, Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, …

Read More »

İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bombergeri qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

XİN: “Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”

“Aprelin 4-də Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Azərbaycan Rusiyanın mühüm strateji tərəfdaşıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada əksini tapıb. “İki ölkə arasında münasibətlər bərabərlik və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin …

Read More »

ABŞ səfirliyi Bakıdakı partlayışla bağlı başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – diplomatik nümayəndəlikdən bildirilib.

Read More »