Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

İtaliyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində italiyalı nazir aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.

Read More »

Türkmənistan Azərbaycanla birgə komissiyanın heyətini təsdiqləyib

Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın qonşu ölkə tərəfindən heyəti təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Sərdar Berdiməhəmmədov hökumətin iclası zamanı müvafiq qərar imzalayıb. Dövlət başçısı iki ölkə tərəfindən irimiqyaslı nəqliyyat logistika layihələrinin icrası, tranzit və ixracat potensialının üzə çıxarılması, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı, bütövlükdə, iki qardaş xalq arasında dostluğun daha da gücləndirilməsində sözügedən komissiyanın əhəmiyyətini vurğulayıb. Xatırladaq ki, Azərbaycan ilə Türkmənistan …

Read More »

Bu gün Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar. Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi …

Read More »

Ceyhun Bayramov ATƏT sədri ilə bölgədəki vəziyyəti müzakirə edib

“Polşanın ATƏT-də sədrliyi mürəkkəb bir vaxta təsadüf edir. Bu gün biz ATƏT-də, Ukrayna və Ukrayna ətrafında olan məsələləri müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib. “Humanitar böhran və bu kimi məsələlər də müzakirə mövzusu oldu. Bölgəmizlə …

Read More »

ATƏT sədri Ermənistana xəbərdarlıq edəcək

“ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesinə və dialoqa töhfə verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib. “Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. …

Read More »

Ceyhun Bayramovun ATƏT sədri ilə geniştərkibli görüşü başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.  Hazırda Azərbaycan və Polşa xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü keçirilir. 11:52 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın …

Read More »

Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.  Boyukmillet.com xəbər verir ki, Təşkilatın tviter səhifəsində qeyd olunub: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaşlarımızla birlikdə soyqırımı qurbanlarını yad edir və bir daha bildiririk ki, Türk Dövlətləri Təşkilatı olaraq bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi və insanlığa qarşı belə cinayətlərin təkrarlanmasının qarşısını almaq …

Read More »

Prezident İlham Əliyev ATƏT-in sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan XİN İsraildə törədilən terror aktlarını pisləyib

“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində yayılan açıqlamada bildirilib. “Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, – XİN-dən vurğulanıb. Qeyd edək ki, martın 22-dən başlayaraq İsrailin fərqli bölgələrində …

Read More »

Türkiyə səfiri mart soyqırımı ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviterdə yazıb: “Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”. Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir …

Read More »