Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov Almaniyaya yola düşüb

Martın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Almaniya Federativ Respublikasına yola düşüb. Bu barədə  Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Read More »

SON DƏQİQƏ: Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və danışıqlar prosesi müzakirə edilib. Ərdoğan Rusiya ilə Ukrayna arasında ən qısa zamanda atəşkəs və sülhün bərqərar olması, regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və Türkiyənin bu prosesə töhfə verməyə davam edəcəyini bildirib. Bundan əlavə, …

Read More »

Azərbaycan MN: Rusiya MN-nin açıqlaması müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur: “Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar …

Read More »

Prezident İlham Əliyev Şarl Mişeli təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Mişel, Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ötən il Sizin Azərbaycana səfəriniz əsnasında apardığımız müzakirələri, Brüsseldə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayıram. Azərbaycan və Ermənistan arasında …

Read More »

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

“ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəbdələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb”. Boyukmillet.com xəbər …

Read More »

Ərdoğan İsrailin baş naziri ilə Türkiyəyə qaz tədarükünü müzakirə edəcək

İsrailin baş naziri Naftali Bennetin ölkəyə gözlənilən səfəri zamanı münasibətləri bərpa etmək cəhdləri fonunda İsrailin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə mövzusu olacaq. Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Ankara enerji sahəsində İsraillə əməkdaşlığa hazırdır. Bununla yanaşı, Ərdoğan İsrail qazının təkcə Türkiyənin daxili bazarına deyil, həm …

Read More »

Azərbaycan-Finlandiya diplomatik münasibətlərinin qurulmasından 30 il ötür

Azərbaycanla Finlandiya arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib. “Azərbaycan və Finlandiya arasında diplomatik münasibətlərin qurulmasının 3️0 illik yubileyi olunur. Bu münasibətlə Finlandiya hökumətinə və xalqına ən xoş arzularımızı bildiririk. Əlaqələrimizin daha da inkişafını gözləyirik”, – paylaşımda bildirilib.

Read More »

Bu gün Ərdoğanla Bayden arasında görüş olacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.  Boyukmillet.com “Hürriyət”ə istinadən xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər. R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir. Qeyd …

Read More »

İƏT XİNŞ Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 4 qətnamə qəbul edib

22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, sessiya İslam dünyası ilə bağlı bir çox mövzuları, o cümlədən Fələstin və Qüds Əl-Şərif məsələsi ilə bağlı qəbul edilmiş qətnamələrin həyata …

Read More »

XİN Ermənistanı silahlı qüvvələrinin Qarabağdakı qalıqlarını çıxarmağa çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etməyə çağırıb. Boyukmillet.com-un xəbərinə görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa …

Read More »