Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür

Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib. “Bu gün Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Koreya hökumətinə və xalqına ən xoş arzularımızı bildiririk. Əməkdaşlığımızın daha da möhkəmlənməsini səbrsizliklə gözləyirik”,- paylaşımda bildirilib.

Read More »

Azərbaycan XİN Qarabağın qaz təminatı ilə bağlı Ermənistanın iddiasına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir. “Ermənistanın …

Read More »

Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, toplantıda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün atılan addımlar və bu çərçivədə Cənubi Qafqazda baş verən proseslər nəzərdən keçiriləcək. Həmçinin iclasda Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Türkiyənin Moskva və Kiyev arasında vasitəçiliyi və regionla bağlı humanitar dəstəyi barədə …

Read More »

Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin təsdiq edilməsi barədə qərar imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısının qərarı Türkiyənin “Rəsmi Qəzet“inin 23 mart sayında dərc edilib. Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib. Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin …

Read More »

Türkiyə XİN başçısı: “Moskva ilə Kiyevi yenidən masa arxasına əyləşdirmək üçün çalışırıq”

“Moskva ilə Kiyevi yenidən danışıqlar masa arxasına əyləşdirmək üçün çalışırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, hazırda hər kəsin prioriteti Ukraynada atəşkəsə nail olmaqdır. Nazir bildirib ki, müharibəni dayandırmaq lazımdır. “Hər toqquşma özü ilə birlikdə sülh də gətirə bilər. Hər dəfə deyirik, müharibənin qalibi, sülhün məğlubu yoxdur. NATO qabaqlayıcı …

Read More »

Prezident: “Vətən müharibəsi dövründə Pakistanın prinsipial mövqeyini Azərbaycan xalqı daim yüksək qiymətləndirir”

Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək istəyirəm. Boyukmillet.com  xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri İmran Xana Pakistan Günü münasibətilə …

Read More »

Ərdoğanla Putin arasında telefon danışığı olub

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb. Bu gün isə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib. O söyləyib ki, hər kəs Ukraynanın apardığı mübarizəni görür: “Ukraynanın ərazi …

Read More »

Prezident: “Dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək”

“İndi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur”. Boyukmillet.com-un xəbərinə görə, bunu martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda …

Read More »

Meksikanın Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılıb

15 mart tarixində Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqurasiyası mərasimi keçirilib. Azərbaycanın Meksikadakı Səfirliyindən  verilən məlumata görə, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin Beynəlxalq Əlaqələr Komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov, digər …

Read More »

Son 15 gündə Azərbaycana 2800-ə yaxın Ukrayna vətəndaşı daxil olub

“Hazırda Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Onların 2800-ə yaxını son 15 gün ərzində ölkəmizə daxil olanlardır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil qaydada ölkəyə daxil ola biliblər. “Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkə müddəti …

Read More »