Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

İlham Əliyev: “Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq”

“Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb. “Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh …

Read More »

Qərbi Azərbaycan İcması daha bir xarici təşkilatla Əməkdaşlıq Protokolu imzaladı

İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Türkiyənin İqdır bölgəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uzun illərdir böyük işlər görür. Təşkilatın dəvəti ilə Türkiyənin İqdır şəhərində olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İqdırdakı Azərbaycan Evini ziyarət etmiş, Dərnəyin başqanı Ziya Zakir Acarla, Dərnəyin qurucuları və üzvləri ilə görüşlər …

Read More »

Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında çıxış edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında çıxış edib. Boyukmillet.com verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Ukraynadakı hadisələr barədə fikir mübadiləsi apardıq. Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, – deyə o bildirib. M.Çavuşoğlu həmçinin rumıniyalı həmkarı Auresku Boqdan ilə danışıb. Tərəflər Ukraynadakı durumu, hər iki ölkə vətəndaşlarının təxliyəsini müzakirə ediblər.

Read More »

Maya Sandu İlham Əliyevə zəng edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan ilə Moldova arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Read More »

İlham Əliyev Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Ukraynadan Gürcüstan vasitəsilə qayıdacaq Azərbaycan vətəndaşlarına müraciət olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi və Batumi şəhərindəki Baş Konsulluğunun Ukraynadan təxliyə olunan və Gürcüstan ərazisindən Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Ukraynadan təxliyə olunan, Gürcüstan ərazisindən hava və quru yolları ilə keçməklə Azərbaycana səfər edən vətəndaşlarımızın bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini və Batumi şəhərindəki Baş Konsulluğunu məlumatlandırmasını xahiş edirik. Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, həftə …

Read More »

Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com -un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

Tacikistan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rustami Emomoli Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, …

Read More »

Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyinə həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərginin açılışı olub. Boyukmillet.com xəbər verir ki, sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak ediblər. Nazir müavini sərgidə 30 illik əməkdaşlığın əsas hadisələrinin əks olunduğunu bildirib. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan uzun yol keçib və BMT-nin …

Read More »

Vladanka Andreyeva: “Azərbaycan beynəlxalq arenada güclü tərəfdaşdır”

“Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında il ərzində əməkdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva jurnalistlərə bildirib. “Bu il əməkdaşlığın qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Otuz il əvvəl əməkdaşlığa başlayanda Azərbaycan gənc ölkə idi, bu gün isə o, beynəlxalq arenada güclü tərəfdaşdır”, – BMT-nin rezident-koordinatoru deyib. …

Read More »