Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Rumıniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib

Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, K.Yohannisin Azərbaycan Prezidentinə səfərə dəvətlə bağlı məktub göndərib. Qeyd edək ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyidir.

Read More »

Bu gün Ukrayna və Rusiya arasında danışıqlar ola bilər

Bu gün Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında növbəti danışıqlar ola bilər. Boyukmillet.com “Sputnik Belarus”a istinadə xəbər verir ki, Ukrayna tərəfi hələlik danışıqlar yerinə gəlməyib. Bildirilib ki, danışıqların ləğv edilməsi nəzərdə tutulmasa da, onların ertələnməsi istisna edilmir. Eyni zamanda Rusiyanın “RİA Novosti” agentliyi heyətlər arasında görüşün bu gün axşam baş tuta biləcəyini bildirib.

Read More »

Azərbaycanın BMT-yə üzv olmasından 30 il ötür

Bu gün Azərbaycanın BMT-yə tam hüquqlu üzv olmasından 30 il ötür. Boyukmillet.com  xəbər verir ki, 1992-ci ilin 2 mart günü BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyə qəbul olunmasına dair qətnamə qəbul edilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa …

Read More »

Emmanuel Makron İlham Əliyevə zəng edib

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub. Telefon danışığı zamanı həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Read More »

ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır

ABŞ hava məkanını Rusiya təyyarələrinə bağlamaq niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə The Wall Street Journal məlumat yayıb. Bildirilir ki, müvafiq qərar 24 saat ərzində verilə bilər. ABC telekanalı da Rusiya aviaşirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyi barədə məlumat verib.

Read More »

Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib. Bu barədə “Report”a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib. “Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu təxliyə edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik. Təxliyə ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda …

Read More »

Xarkovun bombalanması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib. “Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda vurğulanıb. Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq …

Read More »

Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyi qeyd ediləcək

Martın 2-də Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərgisi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, dənizkənarı bulvarda təşkil ediləcək sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva iştirak edəcək. Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb.

Read More »

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı AZAL-ın təyyarəsi ilə Bakıya gətirilib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında onları yaxınları və qohumları qarşılayıb. Qeyd edək ki, Rumıniya ilə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, COVID-19 pasportu və PCR testinin neqativ …

Read More »

KKTC-nin yeni XİN rəhbəri vəzifəsini keçmiş həmkarından təhvil aldı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici işlər naziri vəzifəsinə təyin olunan Həsən Taçoy mərasimlə xarici işlər naziri vəzifəsini Tahsin Ərtoğruloğlundan təhvil alıb. Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən təhvil-təslim mərasimində çıxış edən Ərtoğruloğlu Taçoya vəzifəsində uğurlar arzulayıb və Taçoyun nazirliyin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inandığını bildirib. İllərdir Xarici İşlər Nazirliyində çalışan məmurların çox uğurlu bir komanda olduğunu bildirən …

Read More »