Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Xarkovda təhlükəli bölgələrdən 30 azərbaycanlı təxliyə edilib

“Ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhəddinə evakuasiya edilib”. Bu barədə “Report”a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Ukraynanın Xarkov şəhərində fəxri konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir: “Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosessini davam etdirir. Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox …

Read More »

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib

“Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı yaydığı tamamilə əsassız və yalan dolu iddialar tərəfimizdən dəfələrlə cavablandırılıb. Növbəti dəfə vurğulayırıq ki, 1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi”. Boyukmillet.com xəbər verir ki, bunu bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdəki səhifəsində bildirib. “Xatırladırıq ki, …

Read More »

ABŞ Konqresmenləri Xocalı soyqırımının ildönümü münasibətilə bəyanat yayıblar

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Arizona ştatını təmsil edən Pol Qosar (Paul Gosar) Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bəyanatla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Konqres üzvü daha bir kədərli tarixin yad edildiyini, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı faciəsindən 30 il ötdüyünü bildirib. O, bu tarixi faciəni tanıdığını və həyatını itirənləri andığını bəyan edib. P.Qosar 26 fevral …

Read More »

Səfirlik Ukraynada yaşayan azərbaycanlılara müraciət edib

Azərbaycanın Ukraynadakı Səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Ukraynanın müxtəlif ərazilərində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu nəzərə alaraq, Azərbaycan Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi tərəfindən öncədən də bildirildiyi kimi, bütün vətəndaşlarımızdan yaşadıqları yerlərdə qalmağı, komendant saatı tələblərinə riayət etməyi, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmağı, çox ciddi ehtiyac yaranmadıqca olduqları …

Read More »

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib. Boyukmillet.com xəbər verir ki, tibbi vasitələrin yükləndiyi təyyarə bu gün yola düşüb. Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə …

Read More »

Perunun nüfuzlu qəzeti ermənilərin azərbaycanlılara qarşı qəddarlıqlarından bəhs edib

Perunun nüfuzlu “La Republica” gündəlik qəzetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Azərbaycan xalqına qarşı ən böyük qətliam olan Xocalı soyqırımından 30 il ötür” başlıqlı məqalə dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, məqalədə 1992-ci ilin 26 fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 613 nəfər mülki …

Read More »

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycana təşəkkür edib

“Ukrayna son dərəcə vacib humanitar yardım almağa başladı: Rusiya Federasiyasının silahlı təcavüzündən zərər çəkmiş şəxslərə dərmanlar və tibbi avadanlıqlar verilir. Biz Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana dərin təşəkkürümüzü bildiririk”. Boyukmillet.com xəbər verir ki, bunları Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski özünün tviterdəki hesabında yazıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə …

Read More »

Rumıniya Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul etməyə hazırdır

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisinə keçidi ilə bağlı diplomatik kanallarla əldə olunmuş razılıq əsasında Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası və Macarıstana quru yolla keçid imkanları ilə bağlı məlumat verilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd olunub ki, son iki gün ərzində Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri …

Read More »

“Svobodnaya pressa”: “Xocalı qətliamından – Qarabağ müharibəsinin əsas faciəsindən 30 il keçir”

“Svobodnaya pressa” nəşri Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məqalə dərc edib. Boyukmillet.com xəbər verir ki, məqalədə Qarabağ müharibəsi zamanı Xocalının erməni hərbçiləri tərəfindən ələ keçirilməsindən sonra dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə yaşanan faciənin bütün bu illər ərzində Azərbaycan xalqının qəlbində qanlı yara olaraq qaldığı, rəsmi Bakının faciəni soyqırımı adlandırdığı (bu, dünyanın bir çox ölkələrində də tanınır) və təbii …

Read More »

Prezident İlham Əliyev Ərdoğana telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham …

Read More »