Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Moldova parlamentinin sədri Şuşada bir sıra yerləri ziyarət edib

Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət edib. Moldova parlamentinin sədri Azərbaycan Prezidentinin Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdiyini və bunun şəhərin həyatında yeni mərhələ olduğunu bildirib: “Şuşada olarkən bir çox muzeyləri, görməli yerləri …

Read More »

Britaniyalı deputatlar Xocalı soyqırımı ilə bağlı birgə bəyanatla çıxış ediblər

Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib. Bəyanatda parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib, Azərbaycan xalqı ilə həmrəylik ifadə ediblər. Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər …

Read More »

Estoniyalı deputatlar Xocalı soyqırımını qınayan bəyanat yayıblar

Estoniya xalqının təmsilçilər məclisi olan Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıblar. Boyukmillet.com xəbər verir ki, deputat qrupu Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşür və dərin hüznlə başsağlığı verir: “Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın qətlə …

Read More »

Moldova parlamenti sədrinin azad edilmiş ərazilərə səfəri başlayıb

Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur. Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.

Read More »

“Şuşa və Moskva bəyannamələri Azərbaycanın təhlükəsizliyinə zəmanət verir”

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib. Onun fikrincə, Qarabağda qazandığımız tarixi zəfərin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda …

Read More »

Prezident İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib. TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya …

Read More »

Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib. Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş olub. Prezident İlham Əliyevi salamlayan Mixail Mişustin deyib: Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi …

Read More »

Mişustin: “Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk”

“Bu gün Vladimir Vladimiroviç Putinin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökuməti liderlərimizin qərarlarını həyata keçirmək üçün nə lazımdırsa edəcək”. Boyukmillet.com xəbər verir ki, …

Read More »

Dövlət başçısı: “Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb”

“Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə deyib. Dövlət başçısı qeyd edib: “Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim …

Read More »