“Xocalı türklərindir. Qarabağ türklərindir. Bu həqiqəti kimsə dəyişə bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki parlament fraksiyasının toplantısında deyib. “Gözümüz soydaşlarımız olan hər yerdədir. Həmin yerlərdə müxtəlif faciələr yaşanıb. Xocalı faciəsi onlardan sadəcə biridir. Tam 30 il əvvəl, yəni 1992-ci il ildə Qarabağın Xocalı şəhərində canımızdan …
Read More »Prezident İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib. Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.
Read More »Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələr keçiriləcək
Azərbaycan və Polşa arasında siyasi məsləhətləşmələr keçiriləcək. Boyukmillet.com xəbər verir ki, məsləhətləşmələr iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunacaq. Tədbir fevralın 22-də Polşanın paytaxtı Varşavada baş tutacaq.
Read More »Azərbaycanla Britaniya arasında münasibətlər yüksək səviyyəyə çatıb – TƏHLİL
1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etməklə 70 ildən sonra yenidən beynəlxalq hüququn subyekti kimi dünya dövlətlərinin sırasına qoşulub. Rəsmi Bakının qarşısında duran ən ümdə vəzifələrdən biri dünya dövlətləri tərəfindən tanınma, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin qurulması və gələcəkdə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığa çevriləcək münasibətlərin təməlinin qoyulması idi. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Avropa regionunda …
Read More »Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamə imzalanacaq
Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, imzalanma Azərbaycan Prezidentinin Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri çərçivəsində baş tutacaq. İki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır. Bundan başqa, dövlət …
Read More »Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi …
Read More »Avstriya Prezidenti İlham Əliyevi təbrik edib
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafını çox qənaətbəxş hesab edir və bu əlaqələr …
Read More »“Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir” – RƏY
“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu baxımdan ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub”. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində öz torpaqlarını …
Read More »Xüsusi nümayəndə: “Aİ minalarla bağlı Azərbaycana yardımın artırılmasını nəzərdən keçirir”
“Avropa İttifaqının (Aİ) bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır”. Boyukmillet.com-un xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib. O, Azərbaycana səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.
Read More »Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
