Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib. Nazir Ceyhun Bayramov həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib. Xatırladaq ki, Türkiyə xarici işlər naziri …
Read More »Azərbaycanın hazırladığı hesabat BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə …
Read More »Azərbaycan Prezidenti almaniyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə …
Read More »Azərbaycan XİN Serbiyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanı Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib. “Serbiya Respublikasının Milli Günü münasibətilə Serbiya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Biz Azərbaycan və Serbiya arasında dostluq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirik”, – tvitdə qeyd olunub. Qeyd edək …
Read More »Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında qanun qüvvəyə minib
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq olunması ilə bağlı qanun Türkiyənin “Rəsmi Qəzet”ində dərc edilib. Boyukmillet.com xəbər verir ki, Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı qanun rəsmən qüvvəyə minib. “2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edilib. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu …
Read More »Azərbaycan Prezidenti Şuşa Bəyannaməsini təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib. Qeyd edək ki, Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi …
Read More »BMT-nin Baş katibi qadın və qızların elmlə məşğul olması üçün şərait yaradımasına çağırıb
“COVID-19 pandemiyası məktəblərin bağlanması, zorakılığının artması və ev işi yükünün çoxalması ilə gender bərabərsizliyini daha da artırdı. Bu bərabərsizlik bizi gizli qalmış istedad və yeniliklərdən məhrum edir. Elm və texnologiyanın hər bir kəs üçün xidmət etdiyinə əmin olmaq üçün qadın baxışına ehtiyacımız var”. BMT-nin Azərbaycan nümayəndəliyindən “Report”a verilən məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Beynəlxalq qadın və qızların elmdə …
Read More »Azərbaycan QHT-ləri BMT Baş katibinə etiraz bəyanatı ilə müraciət edib
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirilib. Boyukmillet.com-un məlumatına görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-nin 50-dən çox nümayəndəsi iştirak edib. Toplantıda qeyd olunub ki, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk …
Read More »Azərbaycan UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb
“Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə …
Read More »Səfirlik: “Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib”
Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı bəyanat yayıb. “Report”un Rusiya bürosuna daxil olan məlumatda bildirilir ki, səfər zamanı Arutyunyan Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib. “Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
