Ukraynada Taras Şevçenko adına Milli Muzeydə tanınmış “Kyiv Diplomatic” jurnalının Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, layihə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü, “SOCAR Energy Ukraine” şirkətinin dəstəyi ilə baş tutub. Təqdimat zamanı Kiyevdəki müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və diaspor fəalları iştirak ediblər. Azərbaycanın Ukraynadakı səfirliyinin …
Read More »Aleksandr Lukaşenko Prezident İlham Əliyevə zəng edib
Dekabrın 25-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Aleksandr Lukaşenko dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli …
Read More »İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımcomərt Tokayev, …
Read More »İran XİN başçısı: “Azərbaycana rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”
“Bakıya rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik”. Boyukmillet.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian tviter hesabında yazıb. “Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və parlament sədri Sahibə Qafarova ilə görüşdən sonra əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşuluğa üstünlük …
Read More »Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və …
Read More »Mövlud Çavuşoğlu Azərbaycan Prezidentini 60 illik yubileyi münasibətilə təbrik edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, bununla bağlı tviter hesabında yazıb. “Can Azərbaycanın Prezidenti və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 60-cı doğum gününü təbrik edirəm. Ad gününüz mübarək, cənab Prezident!”, – paylaşımda bildirilib.
Read More »Ərdoğan Prezident İlham Əliyevi təbrik edib
“Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum günləri nəsib etməsini arzulayıram”. Boyukmillet.com-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib. “Özünə sevdikləri, dəyərli ailəsi ilə birlikdə …
Read More »Vladimir Putin Azərbaycan Prezidentinin liderlik xüsusiyyətlərini yüksək qiymətləndirib
“Onun çoxlu məziyyətləri var, düzdür, yubilyarlar haqqında həmişə belə deyilir… Ola bilər ki, onunla nədəsə razılığa gəlmək çətin olur, bu, xüsusilə əsas məsələlərdə asan proses deyil. Lakin razılığa gəlinirsə, tam əmin olun ki, vəd yerinə yetiriləcək”. Boyukmillet.com-un məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız …
Read More »İtaliyalı deputatlar Prezident İlham Əliyevi təbrik ediblər
İtaliyanın müxtəlif siyasi partiyalarının təmsilçisi olan çoxsaylı deputatlar Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə mətbuat vasitəsilə təbrik ediblər. Bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib. İtaliyanın Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri, deputat Ettore Rozatonun İtaliya mətbuatında dərc olunmuş təbrikində deyilir: “Prezident İlham Əliyevə 60 yaşının tamam olması münasibətilə səmimi və coşqulu təbriklərimi göndərirəm. 2020-ci ildə …
Read More »Latviya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib
Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, İcazə verin, yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Qəti şəkildə inanıram ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdan gələn illərdə genişlənməkdə davam edəcəkdir. Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq arzulayıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
