Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Sizi Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm. Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində …
Read More »İrakli Qaribaşvili Azərbaycan liderini təbrik edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Əziz dostum, Hörmətli cənab Prezident, Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından 60 illik yubileyiniz münasibətilə xüsusi şərəf hissi ilə ürəkdən təbrik edirəm. Sizə güc-qüvvət, cansağlığı və uğurlar arzulayıram. Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir. Gürcüstan-Azərbaycan …
Read More »Türkmənistan Prezidenti Azərbaycan liderini təbrik edib
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Sizin adınızla bağlıdır. …
Read More »Özbəkistanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu, Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam. Ötən dövrdə Siz həqiqi lider, beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış, öz ölkəsinin inkişafına və onun xalqının firavanlığına qiymətli töhfə vermiş dövlət xadimi …
Read More »Çin lideri Azərbaycan Prezidentini təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. …
Read More »Azərbaycanla Qətər arasında viza rejimi ləğv olunur
Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır. Boyukmillet.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin dekabrın 22-də keçirilən toplantısında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.
Read More »İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladıb, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərinin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirib. Hüseyn Əmir Abdullahian …
Read More »Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq
Azərbaycan-Türkiyə birgə Araşdırma və İnkişaf Mərkəzi yaradılacaq. Bu barədə “Report”a Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Türkiyədə səfərdə olan Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Baykar” şirkətinin rəhbəri və “Türkiyə Texnoloji Takımı Fondu”nun (T3) həmtəsisçisi Haluk Bayraktar, həmçinin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüş keçirilib. Görüşdə Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və …
Read More »Armen Qriqoryan KTMT Baş katibi ilə Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsinin tezləşdirilməsindən danışıb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kollektiv Müqaviləsi Təşkilatının KTMT Baş katibi Stanislav Zas İrəvanda keçirdikləri görüşdə Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesinə tez başlanmasını bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib. Məlumata görə, dekabrın 22-də Armen Qriqoryanla Stanislav Zas İrəvanda görüşüb. Armen Qriqoryan Baş katibə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat verib.
Read More »Azərbaycanla Macarıstan arxiv işi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Macarıstan arxiv işi sahəsində əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərmanda əksini tapıb. Azərbaycanın Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərmək tapşırılıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
