Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Baş Prokurorun müavini Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Dekabr 16-da Özbəkistanın Daşkənd şəhərində hibrid formatda Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümünə həsr olunan beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Müxtəlif ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan prokurorluğu Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti videokonfrans vasitəsilə təmsil olunub. Elmar Camalov çıxış edərək Özbəkistan …

Read More »

BMT Azərbaycanın təşəbbüsü ilə hazırlanan qətnaməni qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə dəstəyi ilə hazırlanan “COVID-19 peyvəndlərinə ədalətli çıxış haqqında” qətnaməni qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT-nin yanında Daimi Nümayəndəliyi tviterdə məlumat yayıb. Bildirilib ki, 179 ölkəqətnamənin lehinə səs verib, 7 ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə çıxan olmayıb. “Qoşulmama Hərəkatının sədri olan Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, – tvitdə vurğulanıb. Qeyd edək …

Read More »

Qvatemala Prezidenti Azərbaycan diplomatını səfir təyinatı münasibətilə təbrik edib

Azərbaycanın Qvatemaladakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Alexandro Ciammateiyə təqdim edib. Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, mərasim zamanı M.Talıbov ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident A.Ciammateiyə çatdırıb. Öz tərəfindən təşəkkürünü bildirən Qvatemala dövlət başçısı onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Sonra M.Talıbov 9 dekabr tarixində Meksikanın Çiapas …

Read More »

Türkiyəli hərbi ekspert: Azərbaycan NATO üçün çox vacib ölkədir

Azərbaycan NATO üçün çox vacib ölkədir. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı onun gələcək görüş və toplantılara qatılması ilə bağlı fikirləri də çox əhəmiyyətlidir. Bu, NATO-nun Baş katibinin Azərbaycana və Prezident İlham Əliyevə verdiyi önəmin göstəricisidir. Eyni zamanda, danışıqlar zamanı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini yüksək qiymətləndirməsi də qeyd edilməli məqamlardır. Boyukmillet.com xəbər verir …

Read More »

Azərbaycanın “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəsində yanında olacağıq – Akar

“Türkiyə Silahlı Qüvvələri dost və qardaşlarının hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib. Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhədlər xaricində mübarizəsini davam etdirdiyini qeyd edib. “Azərbaycanın “gecə-gündüz”, “dağ-təpə”, “yay-qış” demədən “Ölsəm …

Read More »

Bakıda Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə dair konfrans keçirilir

Dekabrın 16-da ADA Universitetində “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər iştirak edirlər. .Foto: Aleksey Overçuk

Read More »

Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinin Belarusla bağlı bəndinə qoşulmayıb

Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində qəbul olunan bəyannamənin Belarus ilə bağlı bəndinə qoşulmayıb. Boyukmillet.com xəbər verir ki, ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantının sonunda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə sənəd imzalayıblar. Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Bununla Azərbaycan bir daha …

Read More »

Aİ Azərbaycanın köməyi ilə ərsəyə gələn qlobal layihəyə və İlham Əliyevə dəstəyini ifadə edib

Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamədə bir daha sübut olundu ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Boyukmillet.com xəbər verir ki, Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, …

Read More »

Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin qeyri-formal görüşu keçirilib

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilir. …

Read More »

Aİ Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrində islahatları dəstəkləyəcək

Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək vermək niyyətini təsdiqləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. “Sammitin ikinci elementi bu tərəfdaşlığın gələcəyə yönəlməsi, əhalinin gözləntilərinə konkret cavab verilməsi üçün zəruri olan islahatlar prosesini dəstəkləmək niyyətlərini təsdiqləmək imkanıdır”, – deyə o bildirib. Xatırladaq ki, “Şərq …

Read More »