Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

“Rəsmi danışıqlara başlamaq üçün suverenliyimiz qəbul edilməlidir” – Ersin Tatar

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Kiprdəki xüsusi nümayəndəsi və Sülhməramlı Qüvvələrin (UNFICYP) rəhbəri Kolin Stüartla görüşüb.  Boyukmillet.com-un məlumatına görə, Ersin Tatar görüşdən sonra mətbuata verdiyi açıqlamada müsbət bir görüş olduğunu və qısa müddət ərzində Stüartla Kipr məsələsini yenidən gündəmə gətirdiyini bildirib.  Kıbrıs probleminin həllinin asan olmadığını qeyd edən Tatar, iki ayrı dövlətin …

Read More »

ATƏT sədri Rusiyaya xəbərdarlıq edib

“Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”. Boyukmillet.com  xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde tviter hesabında yazıb. “Rusiya gərginliyi azaltmalıdır. Növbəti işğal faktı güclü reaksiyaya səbəb olacaq. Avropanın təhlükəsizliyi qorunmalıdır”, – o bildirilib.

Read More »

Sabah Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri görüşəcək

Sabah – dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, məlumatı TASS yayıb. Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq. Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq. Sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl …

Read More »

Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb. Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Read More »

Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bu gün Azərbaycana işgüzar səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib. N.Turnava ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muşla görüşlər keçirəcək. Hər üç nazir Bakıda keçiriləcək üçtərəfli biznes forumun açılış mərasimində iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanın ticarət …

Read More »

XİN başçısının müavini: “Azərbaycan Pasifik Alyansla əməkdaşlığı genişləndirəcək”

“Azərbaycan Pasifik Alyans ölkələrilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pasifik Alyansının Bakı ofisinin açılışında bildirib. O deyib ki, Pasifik Alyans ən dinamik inkişaf edən iqtisadi təmayüllü beynəlxalq təşkilatlardandır və Bakı ofisinin açılışı təşkilat üzvlərinin sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına maraq göstərdiklərinə işarədir. Ölkədə həyata keçirilən ən perspektivli nəqliyyat layihələrindən söz açan nazir müavini diqqətə …

Read More »

Ukraynanın Azərbaycandakı səfiri Heydər Əliyevin məzarını ziyarət edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən səfir paylaşımında yazıb: “Azərbaycanın xalqının ümummilli lideri, güclü və sarsılmaz Azərbaycanın qurucusu – Heydər Əliyevin xatirəsini ehtiramla yad etdim.

Read More »

Nazir: “Ermənistanın siyasi rəhbərliyi təxribat siyasətindən əl çəkmir”

“Ermənistan adətən elan edilmiş danışıqlar öncəsi təxribatlarını daha da intensivləşdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir hesab edir ki, bu, təsadüfi hal deyil: “Bu, Ermənistanın siyasi rəhbərliyinin təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir”.

Read More »

Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır. O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib. “Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində …

Read More »

Azərbaycanın XİN başçısı üçtərəfli bəyanatların icrası vəziyyətini qiymətləndirib

“Postmünaqişə dövründə Azərbaycan tərəfindən atılan konstruktiv addımlara baxmayaraq, Ermənistan bunların tam qarşılığını vermir”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, üçtərəfli bəyanatların icrası ilə bağlı bir ildən artıqdır ki, işlər gedir: “Artıq bir neçə müddəalar yerinə yetirilib. Bəzilərinin yerinə yetirilməsi hələ də müzakirə olunur. Təbii ki, ləngimələr var”.

Read More »