Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan YUNESKO-nun komitəsinə üzv seçilib

Noyabrın 30-u və dekabrın 1-də YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas çərçivəsində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə …

Read More »

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi …

Read More »

Avstraliya səfiri Azərbaycana başsağlığı verib

Avstraliyanın Türkiyədə, eyni zamanda Azərbaycan və Gürcüstanda akkreditə olunmuş səfiri Maylz Armitac Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, tviterdə paylaşım edib. “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirəm”, – …

Read More »

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü olacaq

Bu gün Moskva şəhərində Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökuməti sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun görüşü olacaq. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan söyləyib. Görüşdə bütün nəqliyyat və iqtisadi kommunikasiya xətlərinin açılması məsələsi müzakirə olunacaq. Qeyd edək ki, …

Read More »

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Dekabrın 1-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən  bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib. Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı …

Read More »

Slovakiya səfirliyi Azərbaycana başsağlığı verib

Slovakiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində paylaşım edilib. “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu qəzada sağ qalanlara tezliklə sağalmağı arzu edirik”, -paylaşımda deyilir. Xatırladaq ki, …

Read More »

Ukrayna Baş prokuroru Azərbaycana başsağlığı verib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, iki ölkənin Baş prokurorları arasında ikitərəfli görüş keçirilib. Görüş əsnasında Ukrayna Baş prokuroru İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş vermiş helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Read More »

Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, nazir başsağlığı sözlərini tviter hesabında yazıb. XİN başçısı bildirib ki, dost, qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb: “Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə …

Read More »

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə başsağlığı verib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevin …

Read More »

Xorvatiya səfirliyi Azərbaycana başsağlığı verib

Xorvatiya səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib. “Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirik”, – paylaşımda deyilir. Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi …

Read More »