“Bu gün baş verən faciəvi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Qəhrəman Azərbaycan Silahlı Qüvvələri və Can Azərbaycan hökumətinin və xalqının başı sağ olsun”, – o əlavə edib.
Read More »Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı mətnində deyilir: “Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”. Qardaş #Türkiyə/nin #İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına …
Read More »XİN başçısı: “Azərbaycan və İran prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər”
“İran və Azərbaycan prezidentlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir”. Boyukmillet.com “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian tviter səhifəsində yazıb. Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşə toxunan nazir bildirib ki, görüşdə tranzit, energetika, turizm, mədəniyyət və başqa sahələrdə …
Read More »Ərdoğan Soçi görüşünə münasibət bildirib
“Əvvəllər də 3+3 platformasını gündəliyə gətirmişik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstan da bu platformanın baş tutması ilə bölgədə sülhü çox açıq və qəti şəkildə dəstəkləyəcək”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Zirvə toplantısından ölkəsinə qayıdarkən jurnalistlərin sualına cavabında bildirib. “Xüsusi ilə …
Read More »Polşada Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilib
“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva və Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınskı çıxış ediblər. Səfir Nərgiz Qurbanova Azərbaycanın …
Read More »Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi yaradılıb, növbəti iclas Azərbaycanda keçiriləcək
İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən bildirilib ki, iclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib. QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda …
Read More »Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb
Azərbaycan Respublikasının Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »Aşqabad görüşü – Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Azərbaycan Respublikasına bütün mənalarda ən yaxın dövlət İrandır. Odur ki, iki qonşu və müəyyən mənada qohum dövlətin əlaqələrinin inkişafı, əməkdaşlığı regionun da rifahına və təhlükəsizliyinə təkan verə bilər. İran əhalisinin böyük bir hissəsinin azərbaycanlı olması isə münasibətlərə xüsusi diqqət ayrılmasını tələb edir. Bu amil Azərbaycanla İranı bir-birinə daha yaxın edən amillərdəndir. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə …
Read More »Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır”
Noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişində Rusiya Federasiyasında işgüzar səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Soçi hava limanında bu veriliş üçün alınan müsahibə yayımlanıb. Boyukmillet.com müsahibəni təqdim edir. Prezident İlham Əliyev: Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm …
Read More »Türkmənistan Prezidenti: “Biz qardaş ölkələrik, qonşularıq”
“Mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkmənistanda Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib. “Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
