“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik etməsi Azərbaycan xalqı üçün tarixi hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib. Dövlət başçısı bildirib: “Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu …
Read More »Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib
“Bu fürsətdən istifadə edib Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident Əliyevi bir daha təbrik etmək istərdim. Onun bu işə töhfəsini çox yüksək qiymətləndirirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Pakistan Prezidenti Arif Alvi deyib O, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Read More »Aşqabadda İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Read More »İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
Read More »Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçiriləcək
Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının növbəti iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşündə bildirilib. Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Görüşdə ölkələrimiz arasında insanlararası təmasların …
Read More »Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində baş tutub.
Read More »Ceyhun Bayramov iranlı həmkarı ilə Soçi görüşünü, Qarabağ bəyanatını müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər cari il BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu Yorkda baş tutan görüşləri, habelə çoxsaylı telefon danışıqları zamanı əldə olunan razılaşmaların icrası istiqamətində aparılan konstruktiv işləri alqışlayıblar. Azərbaycan-İran …
Read More »Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar. Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.
Read More »XİN başçısı: “Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir”
“Əfqanıstanda davamlı sülh aktual məqsəd olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. …
Read More »Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyətdən dəstək istəyib
“Azərbaycan qlobal COVID-19 cavab səylərində fəal iştirakını davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib. “Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
