“MDB PA çərçivəsindəki əməkdaşlığımızın üzv ölkələri arasında tərəfdaşlıq üçün səmərəli mexanizm olmasını görmək sevindiricidir. Belə ki, beynəlxalq miqyasda yaradıcı imkanlara malik parlament diplomatiyasının əhəmiyyəti get-gedə daha da artır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Asambleyanın 53-cü iclasında bildirib. Onun sözlərinə görə, yeni ideyalar, layihələr, keçirilən beynəlxalq tədbirlər nəticəsində quruma olan maraq daha da artıb: “Azərbaycanda …
Read More »Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqlayıb
“Biz gözləyirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlər müəyyənləşəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “Bizim gözləntimiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Görüş 2020-ci il noyabrın 10-da imzlaanmış atəşkəs sazişinin nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin …
Read More »Tofiq Zülfüqarov: “Bakı və Moskva İrəvandan öhdəliklərini yerinə yetirməyi istəyəcək”
“Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi məsələsi Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında bu gün Soçi şəhərində keçiriləcək görüşün əsas gündəmi ola bilər”. Bunu “Report”a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib. “Azərbaycan ilə Rusiya 10 noyabr razılaşması çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu, Paşinyanın üzərinə götürdüyü öhdəlikdir. Bu gün hər hansı …
Read More »Prezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfərə gedib
Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib. Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Read More »Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində yer alıb. “Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, – …
Read More »Prezident Administrasiyasının rəhbəri Putinin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da …
Read More »İsrailin Azərbaycandakı səfiri Ağdama səfər edib
Bu gün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviterdəki hesabında yazıb. O qeyd edib ki, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.
Read More »Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığa əhəmiyyət verdiyini deyib. Bildirib ki, ölkəmiz uzun illərdir ki, bu qurumlarla yaxından əməkdaşlıq edir. Təəssüf ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində …
Read More »Azərbaycan və Rusiya parlamentlərinin sədrləri Qarabağdakı vəziyyəti müzakirə ediblər
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, V. Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. O, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında vacib rolunu vurğulayaraq, bu əlaqələrin inkişafına töhfə və dəstək verdiyi üçün Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri qeyd edib ki, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
