Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Politoloq: “Nikol Paşinyan boş xülyalarla yaşayır”

“Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası həmişə bəyan edirdilər ki, Zəngəzur dəhlizi açılmasa da, kommunikasiyalar açılacaq. Azərbaycan və Rusiyanın məqsədi isə təkcə kommunikasiyaların deyil, həm də dəhlizin açılmasıdır”. Bunu “Report” a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, Azərbaycanla yanaşı Rusiya da dəhlizin açılmasında maraqlıdır: “Çünki bu dəhliz həm region ölkələrinə, həm də Asiyaya …

Read More »

Ceyhun Bayramov Finlandiya və Filippinin yeni səfirləri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul edib. C.Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, iki ölkə arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd edib. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub Səfir Kristi Narine Azərbaycan Prezidenti ilə çox …

Read More »

Tofiq Zülfüqarov: “Rusiya və Ermənistan arasında böhran daha da dərinləşəcək”

“Biz ümid edirdik ki, Ermənistan müharibədən sonra Azərbaycanla Türkiyə qarşısında normal xarici siyasət yeritməyə başlayacaq. Üstəlik, Rusiyanın da Ermənistanı dəstəkləməyə çox meyilli olmadığını nəzərə almaq lazımdır. Ancaq baş verənlər rəsmi İrəvanın qarşıdurma yolunu seçdiyini göstərir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə …

Read More »

İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Ceyhun Bayramov Argentina səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. Boyukmillet.com Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət mövqeyindən çıxış etdiyi bildirən …

Read More »

Xarkov şəhər sakinlərinə doğma olan “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” küçələri – Fotoreportaj

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov sakinləri və qonaqları üçün “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” adları yad deyil. Bu adlarla Xarkov sakinləri və qonaqları gündəlik rastlaşırlar. Çünki şəhərin görməli yerlərində “Azərbaycan”, “Bakı”, “Sumqayıt” və “Naxçıvan” küçələri mövcuddur. Boyukmillet.com xəbər verir ki, Xarkovun tarixi Kaçanovka rayonu ərazisində yerləşən “Azərbaycan” küçəsinin uzunluğu 700 metrdir. “Azərbaycan” küçəsinə bitişik məhəllələrdə əsasən müxtəlif hündürmərtəbəli yaşayış binaları …

Read More »

Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı rəsmi Kreml yayıb. Bildirilib ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Read More »

Ceyhun Bayramov: “Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin evlərinə qayıtmasının şahidi olacağıq”

“Azərbaycan azad olunmuş ərazilərinin yenidən inteqrasiyası istiqamətində sürətlə irəliləyir”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunun tviter səhifəsində paylaşılan videomüraciətində bildirib. “Noyabrın 8-də Azərbaycanda Qələbə Gününü qeyd etmişik. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı erməni işğalından azad etdik. Bu qələbə ölkəmin tarixində yeni dövr açdı, beynəlxalq haqq-ədaləti, ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış …

Read More »

Prezident İlham Əliyev Çilinin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan Prezidenti Filippinin yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »