Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Ərdoğan: “Azərbaycanın Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır”

“Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib. “Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqaviləi imzalamalıyıq. …

Read More »

Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Şurasının İstanbulda keçirilən səkkizinci Zirvə görüşündə qərar qəbul edilib.

Read More »

İlham Əliyev: “Türk dünyası Ali nişanını aldığım üçün böyük qürur hissi keçirirəm”

“Türk dünyası Ali nişanını aldığım üçün böyük qürur hissi keçirirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Təbii ki, eyni zamanda özümü böyük məsuliyyət altında hiss edirəm”, – dövlət başçısı vurğulayıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib.

Read More »

Ərdoğan: “İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına son qoyuldu”

“Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Bu, sadəcə azərbaycanlı qardaşlarımız deyil, bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının …

Read More »

Prezident İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib

Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib. Boyukmillet.com xəbər verir ki, Ali nişanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib. Azərbaycan Prezidenti bu mükafata işğal altında olan torpaqların azad edilməsi və türk dünyasının birləşdirilməsi sahəsində xidmətlərinə görə layiq görülüb.

Read More »

Ərdoğan Azərbaycana təşəkkür edib

“Tarixi qərarlara imza atacağımız Zirvə görüşünün ölkələrimiz və bütün insanlar üçün xeyirli-uğurlu olmasını diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Can Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm”, – dövlət başçısı vurğulayıb.

Read More »

İstanbulda Türk Şurasının Zirvə toplantısı başlayıb

Türkiyədə Türkdilli dövlətlərin səkkizinci Zirvə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, sammit İstanbulda keçirilir. Tədbirdə Azərbaycan Prezident İlham Əliyev də iştirak edir. Həmçinin Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, müşahidəçi ölkə Türkmənistanın dövlət rəhbəri Qurbanqulu Berdimuhamədov və müşahidəçi Macarıstanın baş naziri Viktor Orban da iştirakçılar sırasındadırlar.00:00 Bu gün İstanbulda Türk Şurası ölkələrinin VIII …

Read More »

Azərbaycan Prezidenti İstanbulda Türk Şurasının katibliyinin yeni binasının açılışında iştirak edib

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər. …

Read More »

İlham Əliyev: “Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək”

“Sizi görməyim çox xoşdur. Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, belə görüşlər çox olacaq. Əlamətdar haldır ki, biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq”. Boyukmillet.com xəbər verir ki, …

Read More »

Azərbaycan Prezidenti İstanbulda Türk Şurasının katibliyinin yeni binasının açılışında iştirak edib

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak …

Read More »