Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlini qəbul edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 8-ci Toplantısı çərçivəsində baş tutan görüşdə nazir Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini …
Read More »Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxış edib. Boyukmillet.com xəbər verir ki, nazir deyib: “Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında iştirakdan məmnunluq ifadə edərək, hər birinizi səmimiyyətlə salamlayıram. Tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün və göstərdiyi qonaqpərvərliyə görə Türkiyə …
Read More »ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub
10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin …
Read More »Ərdoğan: “Bizə deyirlər ki, Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var”
“Mustafa Kamal Atatürk Suriyada, Liviyada, Çanaqqalada, Qafqaz sərhədlərimizdə olub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü anma mərasimində çıxışı zamanı bildirib. “İndi bizə deyirlər ki, Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var. Bəs siz Atatürk yolu ilə gedirdiniz?! Görünür, dürüst deyillər. Türkiyə bu gün də Suriyadadır, Liviyadadır, Qafqazdadır. Bu millət harada, nə etmək lazım olduğunu kifayət qədər yaxşı bilir və …
Read More »İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq bp şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulanıb. Söhbət zamanı ikitərəfli …
Read More »Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü olacaq
“Yaxın zamanda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib. Onun sözlərinə görə, üç ölkə arasında münasibətlərin hazırkı vəziyyəti siyasi, iqtisadi, ticari və humanitar istiqamətlər üzrə üçtərəfli əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirməyə və yaxşılaşdırmağa imkan verir. “Qarşıdan gələn üçtərəfli zirvə görüşündə söhbət ilk növbədə enerji, nəqliyyat, kommunikasiya və digər strateji istiqamətlərdən gedəcək”, – Türkmənistan Prezidenti deyib. …
Read More »Ceyhun Bayramov Atatürkün anım günü ilə bağlı paylaşım edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik”. Nazir həmçinin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Atatürklə bağlı sitatını da qeyd edib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o …
Read More »İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyəti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb. Dövlətimizin başçısı təbrikə və xoş arzulara görə minnətdarlığını bildirib. Görüşdə Vətən müharibəsində …
Read More »XİN: “Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir və üçtərəfli bəyanatı pozur”
“Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. “Baş verənlər onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
