Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Hulusi Akar Türkiyə-Azərbaycan-Pakistan-Gürcüstan əməkdaşlığının hədəflərini açıqlayıb

“Müharibə zamanı Azərbaycan və Türkiyənin yanında üçüncü bir ölkə olaraq Pakistan dayanmışdı”. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib. “Pakistanlı bütün qardaşlarımıza buradan təşəkkürlərimizi bildiririk. Onlarla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Qarşıdakı günlərdə bunların da …

Read More »

Ceyhun Bayramov Fransaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İşgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Read More »

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

8 noyabr – Zəfər Günü tarixində, Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub. Tədbirdə Azərbaycanın …

Read More »

Avropa İttifaqı Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib

Avropa İttifaqının nümayəndəliyi rəsmi feysbuk səhifəsində Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Avropa İttifaqı Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edir”.

Read More »

BMT-nin nümayəndəliyi Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib

BMT-nin nümayəndəliyi rəsmi feysbuk səhifəsində Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir. “BMT-nin Azərbaycandakı nümayəndəliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edir. Dayanıqlı inkişaf, firavanlıq və əmin-amanlıq arzulayırıq!”.

Read More »

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə ediblər

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Read More »

İlham Əliyev: “Müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi dünyaya göstərdi ki, Azərbaycan tək deyil”

“Müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində deyib. Dövlətimizin başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının …

Read More »

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik edib, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyib. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. …

Read More »

Azərbaycan Prezidenti Şuşada Hulusi Akarı qəbul edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah da …

Read More »

Ərdoğan Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

Read More »