Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Qarabağdakı 30 illik həsrətə son verən Zəfərin birinci ildönümündə Can Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Məmmədovla görüşdük. Azərbaycanla qardaşlığımız daimi, sevincimiz ortaqdır”, – məlumatda qeyd olunub.
Read More »Vyanada Zəfər Günü təntənə ilə qeyd edilib
Vyana şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bayram tədbirində Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Türkiyənin Vyanadakı baş konsulu Asip Kaya, türkiyəli diplomatlar, iş adamları, Azərbaycan və Türkiyə icmalarının, yerli ictimaiyyətin nümayəndələri …
Read More »Ukrayna parlamentinin deputatları Azərbaycanın Zəfər Günü ilə bağlı açıqlama yayıblar
“Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: illərdir post sovet ölkələrini iflic edən dondurulmuş münaqişələrin həlli mümkün olan bir dövr. Çünki, ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri “dondurulmuş” termini ilə adlandırılan münaqişə ocaqlarında baş verir”. Bunları “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatları Valeriy Kolyux, Volodimir …
Read More »Pakistan səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Pakistan səfirliyi Vətən müharibəsində qələbənin birinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb. “8 Noyabr – Zəfər Günü münasibətilə qəhrəman Azərbaycan xalqını təbrik edirik. Cəsur şəhidlərin ruhu üçün dualar edirik. Qoy qələbə hər zaman Azərbaycanla olsun”, – paylaşımda deyilir.
Read More »Azərbaycan Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə bəyanat yayıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə bəyanat yayıb. XİN-dən verilən məlumata görə, bəyanatda deyilir: “8 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər Gününü qeyd edir. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci …
Read More »Deputatımız Türkiyəyə səfərə gedəcək
Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi Azay Quliyev noyabrın 8-dən ATƏT PA-nın Prezidenti Marqareta Sedelfertin rəhbərliyi ilə Türkiyədə rəsmi səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Azay Quliyevin Türkiyənin dövlət və hökumət rəsmiləri ilə, həmçinin Türkiyə Böyük Millət Məclisində bir sıra görüşləri nəzərdə tutulur. Görüşlərdə ATƏT PA ilə Türkiyə arasında …
Read More »Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə regiondakı vəziyyəti müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonla görüşüb. Boyukmillet.com xəbər verir ki, C.Bayramov ABŞ dövlət katibinin köməkçisinin regional səfəri çərçivəsində Azərbaycana səfər etməsinin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlər tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. İki ölkə arasında uzun və uğurlu tərəfdaşlıq …
Read More »QDİƏT-in Parlament Məclisinin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımıza inam gəldi. Tarixi Zəfər Sizin …
Read More »Pakistan səfiri Azərbaycanı Qələbənin ildönümü münasibətilə təbrik edib
“44 günlük müharibədə qazanılan qələbənin birinci ildönümü Azərbaycan xalqı üçün, eləcə də Qarabağ məsələsində Azərbaycana dəstək olan dostları üçün böyük hadisədir”. Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib. “Biz çox şadıq ki, bu məsələ nəhayət öz həllini tapıb və əvvəllər işğal altında olan torpaqlar artıq azad edilib”, – səfir bildirib. B.Hai Azərbaycanı qələbənin ildönümü münasibətilə təbrik edib və əlavə edib …
Read More »Prezidentin köməkçisi: “Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında iddialıyıq”
“Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib: “Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
