Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Nazir: “Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”

“Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib. “Vətən müharibəsindəki qələbə regionda əməkdaşlığın yeni mərhələsinə üfüqlar açıb. Hesab edirəm ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”, – nazir vurğulayıb.

Read More »

İlham Əliyev: “Biz Ermənistana sülh müqaviləsi üzərində işləməyə başlamağı təklif etmişik”

“Biz indi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib. “Biz müharibə haqqında yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, …

Read More »

Binəli Yıldırım: “Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu dəhliz bütün region ölkələri üçün faydalı olacaq: “Bu dəhliz İran və digər bölgə ölkələri üçün, o cümlədən Ermənistan üçün də faydalıdır. Onu da qeyd edim ki, İran Türkiyə kimi köklü bir dövlətdir. Zəngəzur dəhlizinin bir çox …

Read More »

Bu gün Bakıda “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Forum başlayır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu işə başlayacaq. Boyukmillet.com xəbər verir ki, sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, …

Read More »

Estoniyalı parlamentarilər Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

Ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 3-də Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə gəlib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanışlıq olub. Boyukmillet.com xəbər verir ki, qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, Azərbaycanın …

Read More »

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Prezidentini təbrik edib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: Zati-aliləri, Böyük fəxarət hissi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq. Bu qələbə doğma Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini özünə qaytarmışdır. Əminik ki, ölkənin inkişafında, çiçəklənməsində və regionun bərpa edilməsində onun böyük töhfələri …

Read More »

Azərbaycan-Braziliya əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Milli Konqresinin Senatının üzvü, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri senator Antonio Anastasia ilə görüşüb. Bu barədə  XİN-dən məlumat verilib. C.Bayramov Braziliya senatorunu səmimiyyətlə salamlayıb, Azərbaycanın Braziliya ilə münasibətlərinin inkişafına əhəmiyyət verdiyini qeyd edib. Parlament müstəvisində münasibətlərin inkişafının bilavasitə insanlar arasında əlaqələrin qurulmasına müsbət təsir göstərdiyi qeyd edilib. Nazir, senatorun həyata …

Read More »

Azərbaycanlılarla sıx əməkdaşlıq edən demokrat Nyu-York meri postuna ən güclü namizəddir

Bu gün ABŞ-ın Nyu-York şəhərində mer seçkiləri keçirilir. Boyukmillet.com xəbər verir ki, səsvermə prosesi yerli vaxtla səhər saat 06:00-da başlayıb. Seçki məntəqələri axşam saat 21:00-a qədər açıq qalacaq. Mer seçkilərində ən güclü namizəd demokrat partiyasından Erik Adams həmvətənlərimizin ən sıx yaşadığı Bruklin əyalətində yerləşən P81 dövlət məktəbində səs verib. Bruklin inzibati rayonunun rəhbəri, keçmiş polis məmuru E.Adams respublikaçılar partiyasından namizəd, …

Read More »

Ceyhun Bayramov Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri ilə görüşüb

Noyabrın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edib və bu xüsusda, ikitərəfli parlament ölçüsünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, iki ölkənin parlamentlərinin rəhbərləri arasında həyata keçirilən görüşlərin, …

Read More »

Kamran Əliyev: “Gələcəkdə korrupsiya ilə mübarizə sahəsində işlər daha da genişləndiriləcək”

“Beynəlxalq Prokurorlar Assosiasiyası ilə cinayətkarlığın bütün sahələrinə qarşı mübarizə üzrə əməkdaşlıq davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, korrupsiya ilə mübarizə sahəsində işləri gələcəkdə daha da genişləndirmək nəzərdə tutulub: “Hazırda bu istiqamətdə müzakirələr gedir”. …

Read More »