“Can Azərbaycanı müstəqilliyini bərpa etməsinin otuzuncu ildönümü münasibətilə ən xoş arzularımızla ürəkdən təbrik edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tviter səhifəsində etdiyi paylaşımda bildirilib. “Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı”, – paylaşımda qeyd olunub.
Read More »İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vedat Bilgin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd …
Read More »XİN rəhbəri: “Azərbaycan Qətər ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır”
“Azərbaycan Qətər ilə münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsində maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziriCeyhun BayramovQətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas aspektlərdən biri iqtisadi əməkdaşlıqdır: “Görüş zamanı Qətər şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası işlərində iştirakı məsələsi də müzakirə …
Read More »Qazaxıstan səfirliyi Azərbaycanı təbrik edib
Qazaxıstan səfirliyi Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan diplomatik nümayəndəliyinin feysbukdakı paylaşımında deyilir. “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir. Azərbaycan xalqına və dövlətinə bundan sonra da dinamik inkişaf, sülh, əmin-amanlıq və tərəqqi arzu edirik!”, – paylaşımda bildirilir.
Read More »Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib
“Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqımıza azad illər arzulayıram”. Boyukmillet.com xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özünün tviter səhifəsində yazıb.
Read More »Fransa səfirliyi Azərbaycanı təbrik edib
Fransa səfirliyi Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa diplomatik nümayəndəliyinin feysbuqdakı paylaşımında deyilir. “Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edirik!”, – paylaşımda deyilir.
Read More »Türkiyəli nazir: “Qarabağ zərərindən sonra problemləri həll etmək daha asandır”
“İki ölkə arasında həll olunmayan problem yoxdur. Qarabağ zərərindən sonra problemləri həll etmək daha asandır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin oktyabrın 18-də Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdən sonra deyib. O bildirib ki, iki ölkə qarşılıqlı əməkdaşlıq üçün bundan sonra da birgə çalışacaq.
Read More »Türkiyə səfirliyi Azərbaycanı təbrik edib
Türkiyə səfirliyi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəmizi təbrik edib. Boyukmillet.com xəbər verir, təbrikdə deyilir: “Kədər, əzab və göz yaşı. 20 Yanvar qətliamı, Xocalı soyqırımı və işğallar. Şərəfli mübarizə və müstəqillik. Uğur və daim rifah içində yaşa, Azərbaycan. Müstəqilliyinin bərpasının otuzuncu yaşı mübarək olsun!”
Read More »Qətərin XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib
Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Read More »Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü Şəhriyarın şeiri ilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun. “Könlüm quşu qanad çalmaz, Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)”, – paylaşımda bildirilib. Kardeş Azerbaycan’ın bağımsızlığının yeniden kazanılmasının 30.yılını canı gönülden kutluyoruz.Bağımsızlığınız ve kardeşliğimiz ebedi olsun.“Könlüm quşu …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
