Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın Piyada əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan müdafiə naziri Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədən sonra azad edilən ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından …
Read More »Azərbaycan və Gürcüstanın Baş prokurorları arasında görüş olub
Oktyabrın 15-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə Tbilisiyə səfər edib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Gürcüstan Prokurorluğunda nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. K.Əliyev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı …
Read More »Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib – TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib. “Report” xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç. Onlayn rejimdə bugünkü sammitimizin təşkilinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. COVID ilə bağlı çətinlikləri hamımız başa düşürük. Ona görə, bu cür ünsiyyət forması …
Read More »Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, iclası Belarus Prezidenti Aleksandr Lukaşenko açıb. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edəcək. Görüşün gündəliyinə 11 məsələ daxildir. İclasda dövlət başçılarının MDB çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqları, 2022-ci ildə MDB-yə sədrliklə bağlı qərar qəbul edəcəkləri gözlənilir.
Read More »Azərbaycan Baş prokurorunun Gürcüstana rəsmi səfəri başlayıb
Azərbaycan Baş prokuroru Kamran Əliyev Gürcüstanda rəsmi səfərdədir. Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək. Görüşdə iki ölkə arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb. Baş prokuror Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcək.
Read More »XİN: Ermənistanın təxribatı vəziyyətin gərginləşdirilməsinə xidmət edir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq. Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il …
Read More »Ramil Usubov: “Azərbaycan və Türkiyə arasında müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəyə qalxıb”
“Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəsinə qalxıb”. Boyukmillet.com xəbərinə görə, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu ilə görüşdə deyib. R.Usubov Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin …
Read More »Ceyhun Bayramov Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Minskdə əyani formatda keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir. XİN rəhbərlərinin beynəlxalq gündəliyin və Birlik formatında əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəkləri gözlənilir. Müxtəlif fəaliyyət istiqamətləri üzrə daha əvvəl razılaşdırılmış bir neçə sənəd nümayəndə heyəti rəhbərlərinin diqqətinə çatdırılacaq. Bura, MDB Xarici İşlər Nazirləri Şurası üzvlərinin “Bioloji və …
Read More »Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan …
Read More »Qoşulmama Hərəkatının yüksək səviyyəli görüşündə Azərbaycan tərəfindən xülasə sənəd yayılıb
Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda keçirilən yüksək səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, sənəddə iştirakçı üzv və müşahidəçi ölkələlərin, təşkilatların, habelə qonaq ölkə və təşkilatların Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan görüşün əhəmiyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Burada, 1961-ci …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
