Sentyabrın 20-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Bu barədə ANAMA-dan məlumat verilib. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb. Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə …
Read More »Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin. Keçirilmiş seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasətinin və çoxplanlı fəaliyyətinin Rusiya xalqı tərəfindən …
Read More »Ərdoğan Rusiyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür. Səfər zamanı R.T.Ərdoğan və V.Putin arasında görüş olacaq. “Prezidentlər ikitərəfli əlaqələrin hazırki durumunu, beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər”, – D.Peskov vurğulayıb.
Read More »Ceyhun Bayramov ABŞ-a yola düşüb
Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb. Boyukmillet.com xəbər verir ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Read More »Ceyhun Bayramov: “Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazir Ceyhun Bayramov rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.Alessandro …
Read More »Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov 9 sentyabr 2021-ci il tarixində etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb. Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və …
Read More »Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə yenidən görüşüb. Boyukmillet.com xəbər verir ki, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi görüşlə bağlı tviter səhifəsində paylaşım edib. “Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı …
Read More »Azərbaycan XİN fransalı merin adını “qara siyahıya” salacaq
“Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı anti-Azərbaycan mövqeyi ilə seçilir”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Milli Assambleyasının üzvü Fransua Pupponinin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib. “Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır. Fransa …
Read More »Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinə yeni rəhbər təyin edilib
Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »XİN: “Azərbaycan dünya ilə öz potensialını və təcrübəsini bölüşməkdən qürur duyur”
“Azərbaycan inkişaf etməkdə olan bir donor ölkə olaraq, humanitar yardım və inkişaf yardım proqramları vasitəsi ilə inkişaf etməkdə olan dünya ilə öz potensialını və təcrübəsini bölüşməkdən qürur duyur. 10 illiyiniz mübarək, Azərbaycan Beynəlxalq İnkişafaYardım Agentliyi (AIDA)…”. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, bu gün Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA ) yaranmasından 10 …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
