Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarbu həftə Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu gün İrəvanda səfərdə olan T.Klaarın daha sonra Bakıya gələcəyi planlaşdırılır. O, səfər zamanı ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşəcək.
Read More »Bakı və Kiyev arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb
Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, niyyət protokolunu BŞİH başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar. İmzalanma mərasimindən əvvəl Vitali Kliçko çıxış edib. O bildirib ki, Bakı olduqca surətlə inkişaf edir və Azərbaycan paytaxtında möhtəşəm layihələr həyata keçirilib: “Biz Bakıda həyata keçirilən bəzi müasir …
Read More »Ukrayna siyasi dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbar BMT Baş Assambleyasının iclasında onlara dəstək verən ölkələrə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat “Twitter” səhifəsindən xəbər paylaşıb: “BMT Baş Assambleyası Ukrayna üçün mühüm olan “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndi qüvvədə saxlayaraq Baş Assambleyanın 76-cı sessiyasının gündəliyinə salmaq barədə səs çoxluğu ilə (12 səsə qarşı 71 səslə, …
Read More »Bu gün Ərdoğan Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edəcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki səfiri təyin olunub.
Read More »Selçuk Bayraktar: “Türkiyənin kosmosa çıxışının xəyalını qururuq”
Türkiyədə “Teknofest 2021” texnologiya festivalı keçirilir. Boyukmillet.com xəbər verir ki, “Teknofest” Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Əsas məqsəd “Milli texnologiya həmləsi” devizi altında milli texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Tuz gölündə keçirilən yarışda Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar da iştirak edib Mustafa …
Read More »Azərbaycan XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib
“Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva söyləyib. Ermənistan XİN-in …
Read More »Peru jurnalisti erməni vandalizmindən dəhşətə gəlib
“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Rikardo Sançes işğaldan azad edilmiş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb. Boyukmillet.com xəbər verir ki, o, Peru Jurnalistlər Federasiyasının internet səhifəsində (fpp.org.pe), həmçinin ölkənin nüfuzlu internet xəbər portalı “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəsi altında məqalə dərc edib. Müəllif yazıda uzun illər Ermənistanın …
Read More »Azərbaycan və Türkiyə gömrük orqanları narkotik maddələrə qarşı birgə mübarizə aparacaq
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Ticarət Nazirliyi arasında 2021\2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərililiyinin yüksəldilməsinə dair Tədbirlər Planına uyğun olaraq qardaş ölkənin Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları respublikamıza işgüzar səfərə gəliblər. DGK-dan Musavat.com-a verilən məlumata görə, sentyabrın 7-də Dövlət Gömrük Komitəsində Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları …
Read More »Mövlud Çavuşoğlu: “Taliban”dan bizə heç bir dəvət gəlməyib”
“Bizə Əfqanıstanda yeni hökumətin elan olunması ilə bağlı keçiriləcək tədbirə heç bir dəvət gəlməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Əfqanıstanda yeni hökumət bütün qrupları əhatə etməlidir, əhatəedici olmalıdır. Sadəcə, “Taliban”dan ibarət, sadəcə puştun etnik qrupuna mənsub şəxslərdən təşkili doğru olmaz. Bu düşüncələrimizi “Taliban”la da paylaşmışıq”, – o deyib. M.Çavuşoğlu Əfqanıstandan miqrasiya dalğası məsələsinə …
Read More »Azərbaycan və Türkiyənin parlament sədrləri görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin (MM) sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, görüş Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Dünya Parlament Sədrlərinin 5-ci Konfransı çərçivəsində baş tutub. TBMM sədri həmçinin Cənubi Koreya, Yəmən və Kamerundan olan həmkarları ilə də görüşüb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
