“Azad olunmuş ərazilərin 15 510 hektarlıq hissəsindən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib. 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva twiter səhifəsində paylaşım edib. “Azad olunmuş Füzuli rayonu ərazisində ilk beynəlxalq hava limanı …
Read More »Bu gündən daha 10-dan artıq ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib
Bu gündən etibarən daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələ və gedə biləcəklər: – Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva. Qeyd edək ki, daha …
Read More »Türkiyə ilə Azərbaycan arasında imzalanmış üç müqavilə qüvvəyə minib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç müqavilənin qüvvəyə minmə tarixlərini təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qərarlar “Resmi Gazete”də dərc olunub. Bildirilib ki, 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti …
Read More »Onları çaqqallara yem etməmək üçün çalışırıq – Ərdoğan
Dəclə quzularını çaqqallara yem etməmək üçün gecə-gündüz çalışır, mübarizə aparır və səy göstəririk. Boyukmillet.com xəbər verir ki, bunu Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib. “Xain separatçı təşkilata qarşı başlatdıqları qətiyyətli duruşlarının ildönümü münasibətilə Diyarbəkir analarını salamlayıram”, – Ərdoğan vurğulayıb.
Read More »Azərbaycan XİN erməni nazirə cavab verib: “Bəyanatların icrasının zamanıdır”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “RİA” agentliyinə müsahibəsinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, L.Abdullayeva bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın “RİA” xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib: “Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri …
Read More »İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir:“Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli …
Read More »Mövlud Çavuşoğlu Serbiya XİN başçısı ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyaya səfər edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirin tviter səhifəsində məlumat verilib. M.Çavuşoğlu serbiyalı həmkarı Nikola Selakoviçlə görüşüb. Nazir həmçinin Yenipazar bölgəsində bələdiyyə sədri Nihat Bişevacla görüşüb, onun burada Türkiyə baş konsulluğunun açılışında iştirakı planlaşdırılıb. Qeyd edək ki, Türkiyə XİN başçısının Serbiya Prezidenti, Baş naziri və parlament sədri ilə də görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə …
Read More »Azərbaycanın Baş prokuroru Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Read More »Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha bir bariz nümunəsi
Kiyev, 31 avqust, AZƏRTAC Azərbaycan ilə Ukrayna arasında münasibətlərin strateji olması, bu əməkdaşlığın dost, səmimiyyət üzərində qurulması rəsmi Kiyevin qəbul etdiyi daha bir sənəddə öz əksini tapıb. Boyukmillet.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin imzası ilə avqustun 27-də qüvvəyə minən “Ukraynanın xarici siyasət strategiyası haqqında” sənəddə Azərbaycan ilə əməkdaşlığın vacibliyi qeyd olunub. Vurğulanıb ki, Ukraynanın Azərbaycan ilə strateji tərəfdaşlığı …
Read More »Bakıda Qırğız Respublikasının Müstəqillik Günü qeyd olunub
Qırğız Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində 2 ölkənin milli bayraqlarının qaldırılması mərasimi keçirilib. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Qırğız Respublikasının mətbuatını təmsil edən nümayəndə heyəti, diaspor fəalları və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səfir Kayrat Osmonaliyev Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətlərin vəziyyəti və cari dinamikası, həmçinin ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması ilə bağlı əldə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
