“Bildiyiniz kimi günlərdir ölkə tariximizdə ən böyük yanğınlardan biri ilə qarşı-qarşıya qalmışıq. Bu çətin günlərimizdə qardaş Azərbaycanı yanımızda görmək bizə çox böyük motivasiya verdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və Texnalogiya naziri Adil Karaismailoğlu Muğlada “Böhran mərkəzi”ndə keçirilən iclasdan sonra azərbaycanlı jurnalistlərə verdiyi açıqlamasında deyib. Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan …
Read More »Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF)Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib. XİN-dən verilən məlumata görə, Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq …
Read More »Ceyhun Bayramov Belçikanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
9 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansın etimadnaməsinin surətini qəbul edib.Boyukmillet.com xəbər verir ki, nazir Ceyhun Bayramov səfir Mişel Pitermansı təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla …
Read More »Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki. bu barədə “Report”a XİN-dən məlumat verilib. Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.Tərəflər, …
Read More »FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər. Boyukmillet.com xəbər verir ki, 5 avqust 2021-ci il tarixində Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi …
Read More »Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb. “ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, – …
Read More »Azərbaycanın İrandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Bünyad Səməd oğlu Hüseynov Azərbaycan İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Read More »Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu arasında telefon danışığı baş tutub. Boyukmillet.com xəbər verir ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar. Nazir Mövlut Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib. …
Read More »XİN: “Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır”
“Rusiya Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bildirib. Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya …
Read More »İlham Əliyev və Emmanuel Makron Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
