Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Hikmət Hacıyev: Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, heyrətləndirməyi bacarıb

“Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib. “Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan …

Read More »

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə verəcək: “Bu istiqamətdə iki ölkə arasında işlər aparılır”.

Read More »

Cevdet Yılmaz: “Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”

“Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda son illərdə ən böyük tarixi hadisə Qarabağın işğaldan azad edilməsidir. “Bu böyük zəfərə liderlik edən başda Ali Baş Komandan, Prezident İlham Əliyevə və əməyə keçən hər kəsə ürəkdən təşəkkür edirik. …

Read More »

Rəsmi Bakı: Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl addımlar atılır

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub. E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli …

Read More »

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə …

Read More »

Prezidentin köməkçisi Britaniya Baş nazirinin müşaviri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında paylaşım edib. “Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də genişspektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın …

Read More »

Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub. …

Read More »

BMT Baş katibi COP29-la bağlı Azərbaycana səfər edəcək – EKSKLÜZİV

COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Bunu “Report”a müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Onun sözlərinə görə, bunun BMT üçün də çox böyük əhəmiyyəti var. “Biz ötən həftələrdə Azərbaycanın Ermənistanla razılaşma əldə etməsini, əsirlərin mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda Azərbaycanın səriştəli …

Read More »

Ərdoğan Ersin Tatarla görüşdü

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Türkiyədə səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. O, Dolmabahçe sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş mətbuata qapalı keçirilib. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və ŞKTR Baş naziri Ünal Üstelin də görüşdə iştirak etdiyi bildirilir.

Read More »