Çərşənbə axşamı , 13 Yanvar 2026

Xarici siyasət

Cevdet Yılmaz: Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfəki seçkinin tarixi əhəmiyyəti var

Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var. Boyukmillet.com xəbər verir ki, bu fikir Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın Azərbaycanın Baş naziri Əli Əsədovu təbrikində yer alıb. Təbrikdə deyilir: “Hörmətli Baş nazir, əziz qardaşım, 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkilərindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. …

Read More »

NATO-nun xüsusi nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına qətiyyətlə dəstəkləyirik

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qətiyyətlə dəstək verir. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək …

Read More »

Ankarada Naxçıvan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib

Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti Türkiyədə iki günlük səfərdə olub. Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, səfər çərçivəsində Türkiyə-Naxçıvan iqtisadi əməkdaşlığının perspektivləri və qardaş ölkəyə ixrac imkanları müzakirə edilib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, muxtar respublikanın kənd təsərrüfatı …

Read More »

Prezident: Azərbaycan COP29-da Şimal və Cənub arasında həmrəyliyə nail olmaq üçün səylərini əsirgəməyəcək

Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri …

Read More »

Türkiyədə 6-cı Etnoidman Forumu başlayıb, Azərbaycan da təmsil olunur

Türkiyənin Antaliya şəhərində 6-cı Etnoidman Forumu başlayıb. Boyukmillet.com  xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulsa da, 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələlər səbəbilə forum təxirə salınıb. “Dünyanın hər yerində, ənənələrini yaşayan və yaşadan cəmiyyətlərlə əlaqələrimizi yaxşılaşdırmaq üçün mübarizə aparırıq”, – deyə o əlavə edib. Forumun açılış mərasiminə Azərbaycan Gənclər …

Read More »

Azərbaycan və Ermənistan XİN-lərinə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi təlimatı verilib

Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü zamanı bildirilib. Qeyd olunub ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər …

Read More »

Münxendə Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

İlham Əliyev: Azərbaycan bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir

Azərbaycan milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim …

Read More »

Azərbaycan XİN Ermənistanı konstitusiyasında dəyişiklik etməyə çağırıb

Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməsi vacibdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşündə bildirib. Görüşdə habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib. Qeyd edək ki, COP29 …

Read More »