Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda görüşü keçiriləcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin baş nazirinin müavini Mger Qriqoryan “News.am”a açıqlamasında deyib. O bildirib ki, komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub: “Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”.

Read More »

Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram. Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra …

Read More »

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ATƏT-in Baş katibi Helqa Maria Şmiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim. Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen …

Read More »

TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Seçkilərdə Azərbaycan …

Read More »

Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Mərakeş Krallığında və eyni zamanda, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov etimadnaməsini Seneqal prezidenti Maki Salla təqdim edib. Ölkəmizin Mərakeşdəki səfirliyindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Maki Salla çatdıran səfir Nazim Səmədov və onu COP29-da iştirak məqsədilə dövlətimizin başçısının adından Bakıya səfərə dəvət edib. Səfir Azərbaycanın Seneqal üçün dost ölkə olduğunu vurğulayıb. Seneqal Prezidenti dəvətə …

Read More »

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İlham Əliyevi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Boyukmillet.com-un məlumatına görə, S.Berdiməhəmmədov qələbəni İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursuna yüksək səviyyədə etimadın və dəstəyin göstəricisi olduğunu qeyd edib: “Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin …

Read More »

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un məlumatına görə bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Read More »

İlham Əliyev: “Seçkilərin Xankəndi və Şuşada keçirilməsi Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyır”

Prezident İlham Əliyev fevralın 7-də prezident seçkilərinin Xankəndi və Şuşada da keçirilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıdığını deyib. Boyukmillet.com-un məlumatına görə, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edən dövlət başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində keçirildiyini qeyd edib. Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş …

Read More »

İƏT Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib. Seçkilər ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkilərin hər üç mərhələsini – səsvermədən öncə hazırlığı, səsvermə gününü və …

Read More »

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib. …

Read More »