Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Təhlükəsizliyə tam zəmanət alındıqdan sonra Qərbi Azərbaycana qayıdış olacaq

“Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət alındıqdan sonra qayıdış olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən ictimai dinləmədə deyib. İcma sədri bildirib ki, insanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır: …

Read More »

Prezident: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. Dövlətimizin başçısı qeyd edib: …

Read More »

Prezident İlham Əliyev: “Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır”

Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadə edib. İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə …

Read More »

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb

Onlar (erməni icmasının nümayəndələri – red.) yalnız 20 sentyabrdan sonra görüşməyə razılıq verdilər. Biz artıq suverenliyimizi bərpa etmək üçün güc tətbiq etmək fikrinə gəldikdə, onların nümayəndəsi Yevlaxa gəldi. Bir dəfə yox, iki dəfə gəldi. İndi sual verilir, nəyə görə əvvəllər gəlmirdi? Əgər əvvəllər gəlsəydilər, onda antiterror tədbirinə ehtiyac qalmazdı və bu, yaxın tarixdir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham …

Read More »

Prezident: “Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib”

Bu gün biz bir neçə beynəlxalq çağırışla üzləşirik. Təəssüf olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. …

Read More »

Azərbaycan Prezidenti: “Biz regiona sülhü artıq gətirmişik”

Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib. İşğal dövründə …

Read More »

Bakıda Qarabağa qayıdışla bağlı beynəlxalq forum keçiriləcək

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur. Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada …

Read More »

Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək

Gələn ilin mart ayında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Əməkdaşlıq platformalarından biri də, dövlət başçılarının qərarına əsasən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Qərara uyğun olaraq bu gün ilk görüş keçirilib”, – nazir deyib. Bu …

Read More »

Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları, Hörmətli xanımlar və cənablar, Sizi “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı …

Read More »

Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Dünən ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və …

Read More »