Çərşənbə axşamı , 13 Yanvar 2026

Xarici siyasət

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu ölkənin paytaxtı Kişineuda Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsi açılıb. Məntəqədə 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. Məntəqədə sərbəst səsvermə üçün bütün şərait yaradılıb. Müşahidəçilər prosesi izləyir. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham …

Read More »

Türkiyə MSK-nın sədri prezident seçkilərini izləmək üçün Azərbaycana gəlib

Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener prezident seçkilərini izləmək üçün Azərbaycana gəlib. Boyukmillet.com-un xəbərinə görə, o, bir sıra məntəqələrdə səsvermə prosesini izləyir. A.Yener azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşəcək. Xatırladaq ki, bir sıra ölkələrin MSK sədrləri prezident seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdədir.

Read More »

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda iki seçki məntəqəsi yaradılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulluğu məlumat yayıb. Baş konsulluqda 17 saylı Yasamal üçüncü seçki dairəsinin 53 və 54 saylı seçki məntəqələri təşkil olunub. Bu məntəqələrdə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər baş konsulluğun əhatə dairəsində …

Read More »

ŞƏT-in baş katibi seçkilərdə müşahidə ilə bağlı dəvətə görə Azərbaycana təşəkkür edib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Can Min seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb. Görüş zamanı qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət …

Read More »

Ceyhun Bayramov MDB-nin Baş katibi ilə prezident seçkilərinə hazırlıq məsələlərini müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin müşahidəsi məqsədilə Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib. XİN-dən verilən məlumata görə, görüş zamanı, MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı …

Read More »

“Haber Global”: “Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşası bu ilin sonunadək başa çatacaq”

Ötən il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntı ilə üzləşən Türkiyənin Kahramanmaraş şəhərində salınan Azərbaycan məhəlləsinin inşasının il sonuna kimi başa çatması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının zəlzələnin ildönümü ilə əlaqədar ərazidən hazırladığı xüsusi süjetdə bildirilib. Qeyd olunub ki, Heydər Əliyev prospekti ilə Azərbaycan prospektinin kəsişməsində yerləşən məhəllədə inşaat prosesinin …

Read More »

Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı açıqlanıb

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub. Boyukmillet.com xəbər verir ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. Azərbaycanın hər iki ölkənin paytaxtı – Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb. Seçicilər sabah – fevralın 7-də müvafiq olaraq məntəqələrində səs verə biləcəklər. Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.

Read More »

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TDT-nin Baş katibi Kubaniçbek Ömüraliyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu baş katib “X” hesabında yazıb. “Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə görüşməkdən şərəf duyuram. Biz TDT-nin fəaliyyətini və Azərbaycanda növbədənkənar prezident seçkilərini izləyən Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələləri müzakirə etdik”,- o bildirib.

Read More »

Seçkiləri müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyə səfirliyində olublar

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyində olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb. O bildirib ki, prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), ATƏT PA və Parlamentlərarası Dostluq Qrupundan olan millət vəkilləri …

Read More »

Türkiyə səfiri zəlzələdən sonra köməyə görə Azərbaycan xalqına və prezidentinə təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələni təsirlərinin aradan qaldırılması istiqamətindəki dəstəyinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb: “2023-cü il fevralın 6-da Türkiyədə baş verən əsrin fəlakətində həyatını itirən vətəndaşlarımıza allah rəhmət eləsin. Onların yaxınlarına səbir diləyirəm. “Kədəriniz kədərimizdir” deyən …

Read More »