Çərşənbə axşamı , 4 Mart 2025

Xarici siyasət

Azərbaycan XİN: “AHİM Ermənistanın mövqeyini ifşa edib”

“Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” də yazıb. O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə …

Read More »

Rəsmi Bakı: “ABŞ, Almaniya və Fransa səfirlikləri “Abzas media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib”

“ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri “Abzas media”nın qanunsuz maliyyələşdirilməsində iştirak edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə noyabrın 28-də ABŞ-nin və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin …

Read More »

ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırılıb, rəsmi Bakının etirazları çatdırılıb

28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. XİN-dən  bildirilib ki, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi …

Read More »

Prezident: “ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar münasibətlərə ciddi zərər vurub”

“ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin …

Read More »

Blinken dekabrda ABŞ Dövlət katibinin köməkçisinin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət …

Read More »

İlham Əliyev: “Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”

“Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd edib. Bildirilib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 …

Read More »

Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” konfransı keçirilir

Bakıda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi ikinci mötəbər tədbirdə dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpus …

Read More »

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib. O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib. Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın …

Read More »

Zakir Həsənov Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən ölkələrə xəbərdarlıq edib

“Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib. Onun sözlərinə görə, müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı: “Xüsusilə bölgədəki terrorizm …

Read More »

İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-ın girov götürdüyü şəxslərin fotoları yerləşdirilib

İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-İsrail müharibəsi nəticəsində girov götürülən israillilərin fotolarını yerləşdirib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritsky “X” hesabında yazıb. “Səfirliyimizin divarları hekayə danışır. Biz hər bir uşaq və böyüklərin qəddar əsirlikdən qurtulmasından məmnunuq, lakin çoxları hələ də Qəzzadadır. HƏMAS yaraqlıları günahsız insanları qətlə yetirir və qaçırır”, – diplomat bildirib. Qeyd edək ki, …

Read More »