Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Bəyanatda qeyd olunub ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir: “Biz münasibətlərin tənzimlənməsi üçün noyabrın 21-də Azərbaycana sülh müqaviləsi ilə bağlı 6-cı versiyasını təhvil vermişik”. …
Read More »Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin açılış mərasimi keçirilir
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası keçirilir. Boyukmillet.com xəbər verir ki, sessiya “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb. Nazir bildirib ki, 2013-cü ilin aprel …
Read More »Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub
Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb. “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə …
Read More »Suriyadan 12 Azərbaycan vətəndaşı repatriasiya edilib
Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət …
Read More »İraq Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər …
Read More »Azərbaycan XİN Ermənistana cavab verib
Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün …
Read More »Ermənistan Azərbaycanın sülh sazişi üzrə təkliflərinə cavab verib
Erməni tərəfi Azərbaycana sülh sazişi üzrə özünün altıncı təkliflərini göndərib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.“Ermənistan əvvəl elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşmasına və sülh sazişinin imzalanmasına sadiqdir”, – nazirlikdən bildirilib.
Read More »Bosniyalı tarixçi Heydər Əliyev haqqında kitab yazıb
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bosniyalı tarixçi Admir Lisitsa Ümummilli Lider haqqında kitab yazıb. Boyukmillet com-un xəbərinə görə, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb. Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub. Səfirlik dekabrın 13-də universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır.
Read More »Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib
Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq …
Read More »Hikmət Hacıyev: “Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınması Azərbaycanın əsaslı iddialarını sübut edir”
“Landmine Monitor 2023″ Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına əlavə etdi. Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt bir daha Azərbaycanın Ermənistana qarşı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını sübut edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin …
Read More »