Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Azərbaycanda səfərdə olan İraq Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib. Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb. …

Read More »

Qoşulmama Hərəkatının qadın platforması təsis olunacaq

“Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransının iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb. O bildirib ki, Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır: …

Read More »

Prezident: “Qoşulmama Hərəkatına sədrliyimizin uzadılması Hərəkat çərçivəsində fəaliyyətimizə verilən yüksək qiymətin göstəricisidir”

“Qoşulmama Hərəkatına sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Hərəkatın “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində deyib. “Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən …

Read More »

İlham Əliyev: “Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik”

“Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür”. Boyukmillet.com  xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf …

Read More »

İraq Prezidenti: “Azərbaycanla turizm, iqtisadi və mədəni əlaqələri gücləndirməyə çalışırıq”

İraq Azərbaycanla xüsusilə turizm, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməyə çalışır. Boyukmillet.com İraq mətbuatına istinadən xəbər verir ki, bunu İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid deyib. Əbdüllətif Camal Rəşid Azərbaycan və Avropa şirkətlərinin və iş adamlarının İraq bazarına sərmayə qoyacağına ümid etdiyini bildirib. O, İraq hökumətinin bununla bağlı imkanların yaradılmasında və lazımi qanunvericiliyin qəbulunda maraqlı olduğunu vurğulayıb. Rəşid ölkəsinin bütün …

Read More »

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər …

Read More »

XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir

Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində bildirilib. “Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir. Bir ölkənin özünü ədalətin və asayişin ən böyük …

Read More »

Rəsmi Bakı İrəvana sülhlə bağlı çağırış edib

“Ermənistanın baş nazirinin “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyinin və bu istiqamətdə apardıqları təbliğatın Ermənistana qarşı “təcavüzə hazırlıq” kimi qələmə verilməsi tamamilə əsassızdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışına münasibət bildirərkən deyib. “Müxtəlif beynəlxalq platformalardan istifadə …

Read More »

UNESCO-dan növbəti riyakarlıq: Ağdamdakı dağıntıları görməzdən gələrək erməni abidələrinin dərdini çəkir

UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. Boyukmillet.com xəbər verir ki, rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər. Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin …

Read More »

Paşinyan: “Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər”

“Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, əsas məsələlərlə bağlı konsensus əldə olunub. N.Paşinyanın sözlərinə görə, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub: “Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.

Read More »